yeni xəbərlər

Zəncanda “Özləm” tamaşası səhnəyə qoyulub

Sentyabr 20th, 2017 | by DAK.AZ
Zəncanda “Özləm” tamaşası səhnəyə qoyulub
Güney Azərbaycan
0

Bazar günü “Özləm” tamaşası Güney Azərbaycanın Zəncan şəhərində səhnəyə çıxarılıb.

 

Ssenari müəllifi Zəhra Xudabəndə və rejissoru Həsən Əzimi olan tamaşa sentyabrın 17-i yerli vaxtla saat 19:00-da səhnələşdirilib.

 

Azərbaycan türkcəsində hazırlanan tamaşa “Səhnə” Teatr Qrupu tərəfindən nümayiş etdirilib. “Özləm”in hekayəsi Şərqi Azərbaycanın Miyana bölgəsində anladılan bir əfsanədən alınıb.

 

Məlumata görə, “Özləm” tamaşası şənbə günü səhnəyə çıxarılmalı idi, lakin şahidlərin dediyinə görə, Zəncan Mədəniyyət Evi, Hünər salonunu vaxtında hazırlamadığı üçün həmin gün tamaşa səhnəyə qoyulmayıb. Bu tamaşa Güney Azərbaycanın Miyana, Marağa və Təbriz şəhərlərində də səhnələşdirilib.

 

Son illərdə müxtəlif janrlarda tamaşaların Güney Azərbaycan şəhərlərində türk dilində səhnəyə qoyulması əhali arasında teatr sənətinə geniş rəğbət qazandırıb. İranın yarı rəsmi “Mehr” agentliyi keçən il yayımladığı bir reportajda Təbrizdə teatr sənətində tarixi bir dövrün yaşandığını qeyd edib.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.