yeni xəbərlər

ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir

Sentyabr 21st, 2017 | by DAK.AZ
ETSN: Hökməlidə sürüşmə sahəsində aktivlik müşahidə edilir
Özət
0

Hökməlidə sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.

 

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

 

Dəstə rəisinin sözlərinə görə, Hökməlidə yamacın kəsilməsi sürüşmə – çökmə prosesinin başlamasına təkan verib: “Yaxınlıqdakı Hökməli vulkanının yüz illər boyu püskürməsi, texnogen suların, atmosfer çöküntülərinin təsirindən vulkan külləri axıcı hala gəlib. Yamacın kəsilməsi ilə isə onun dayanıqlığı itib və sürüşmə – çökmə prosesi baş verib”.

 

R. Həsənov qeyd edib ki, Hökməlidə yol boyunca da çatlar əmələ gəlib: “Ərazidə qırılma qaşının hündürlüyü 60-80 sm-ə çatır. Bəzi yerlərdə isə çatların eni 50 sm-dir”.

 

Qeyd edək ki, ətrafda qəzalı vəziyyətə düşən evlər var.

 

Ərazidən fotoları təqdim edirik:

Şərh yeri

şərh

Share Button

Comments are closed.