yeni xəbərlər

Tənzilə Rüstəmxanlı Türkiyə qəzetinə yazdı

Oktyabr 6th, 2017 | by DAK.AZ
Tənzilə Rüstəmxanlı Türkiyə qəzetinə yazdı
DAK
0
Oktyabrın 1-də Türkiyənin nüfuzlu media quruluşlarından olan “Hürriyet” qəzetində Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Terror can aldıqca göz yaşına boğuluruq” başlıqlı məqaləsi dərc edilib. Yazı Türkiyənin ən tirajlı müəlliflərindən Yalçın Bayerın səhifəsində yerləşdirilib.  Məqalənin Azərbaycan türkcəsinə uyğunlaşdırılmış variantnı təqdim edirik. 
Hörmətli Yalçın Bayer.
Türkiyənin yaşadığı terror olaylarını və təhlükəsizlik qüvvələrinə yönəlik hücumları Azərbaycanda böyük üzüntü ilə izləyirik. Qəbul etməliyik ki, terror bir insanlıq suçudur və bütün dövlətlərin ortaq problemidir. İllərdir torpaqları Ermənistan tərəfindən işğal edilmiş bir ölkənin vətəndaşı olaraq söyləyim ki,  problemlər əlbirliyi ilə çözülə bilər. Ancaq bu məsələdə türk dövlətləri birliyi olaraq daha aktiv fəaliyyət göstərməliyik. Türk birliyinin Birləşmiş Millətlər Təşkilatı içərisində təsir gücünün artmasına ehtiyac var. Eyni zamanda iqtisadi və mədəni baxımdan böyük imkanlar dənizi olan türk dünyasına daha çox zaman ayırmalı, siyasi anlamda problemli, riskli sahələrdən mümkün dərəcə uzaqda durmalıyıq. Orta Doğu üzərindən gəlişən hər siyasi hərəkət daha boyük problemləri yaradır. Orta Doğu qaynayan qazandır və orada baş verənlərin Türkiyəyə təsiri ən yüksək səviyyədədir. Halbuki diqqətimizi türk dünyasına çevirsək, orada yaradacağımız qurumlarla BMT-də daha böyük güc kimi təmsil oluna bilərik.
Bunu açıqca söyləyə bilərəm ki, Azərbaycan bu birliktəliyə hər zaman yüksək bir diqqətlə hazır olub, Türk Dövlətləri Birliyinə sadəcə təşkilati dəstək verməyib, bu ideyaya ürəkdən inanıb. Praqada Ermənistan prezidenti Sərkisyan Türkiyə ilə bağlı xoşagəlməz tonda danışdığı zaman Azərbaycan prezidenti İlham Əliyev ona layiqli cavab vermiş, “Türkiyə yoxdursa, burda mən varam, mənimlə danışın“ söyləyərək  qardaşlığı dövlət düzeyində bir səviyyə ilə sağlamlaşdırmışdı.
Əlbəttə, Türkiyə böyük bir ölkədir. Bizlər hər zaman Türkiyənin yanındayıq. Ancaq bütün türk dövlətlərinin yüksək səviyyədə bərabərlik arzusuyla bir-birinin yarasına dərman olacaq qüdrətə çatması qaçılmaz hala gəlib. Qarabağ problemi hələ çözülməyib. Ermənistan Rusiyadan aldığı dəstəklə işğalçı siyasətini davam etdirməkdədir. Azərbaycan iqtisadi gücü, qüvvətli müdafiə sənayesi və insan potensialı ilə Qarabağ problemini çözəcək yetənəyə hər zaman sahibdir, ancaq bunun üçün bütün türk dövlətlərinin beynəlxalq məkanda səs birliyinə ehtiyac var. Türkiyədəki terror can aldıqca, bizlər göz yaşında boğuluruq.
Dövlətlərarası oyunların bu problemin oluşmasındakı rolu hər kəsə bəllidir. Biz birlikdə hərəkət etməliyik. Orta Doğuya yönəlmək  həm enerji, həm sabitlik, həm də zaman baxımından itkidir. Bu fikirləri möhtərəm şəxsiyyətiniz vasitəsilə oxucularınıza çatdırmaq istədim.

Şərh yeri

şərh

Share Button

Comments are closed.