yeni xəbərlər

Azərbaycanlı müəllifin kitabı Tbilisidə təqdim olunub

Oktyabr 20th, 2017 | by DAK.AZ
Azərbaycanlı müəllifin kitabı Tbilisidə təqdim olunub
Ədəbiyyat
0

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Azərbaycanın siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbovun gürcü dilinə tərcümə olunmuş “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimat mərasimi keçirilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, təqdimat Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.
TDU prorektoru Mixeil Çxenkeli kitabı olduqca maraqlı adlandırıb. Onun sözlərinə görə, universitet Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edir. Prorektor kitabın gürcü dilində nəşr olunmasında Azərbaycan səfirliyinin göstərdiyi dəstəyə görə təşəkkür edib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iki ölkə arasında nümunəvi qonşuluq münasibətlərindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyevin sayəsində Gürcüstanla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfir təqdim olunan kitabın tələbələr üçün dəyərli məlumat mənbəyi olacağını qeyd edib.
Kitabı rus dilindən gürcü dilinə tərcümə edəni Cabuki Kiriam isə kitabın nəşr olunmasını vacib hadisə adlandırıb. O, kitabın işıq üzü görməsi münasibətilə tələbələri təbrik edib.

 

Sonda çıxış edən kitabın müəllifi Rza Talıbovun nümayəndəsi  Mahir Abdullayev kitabın nəşr olunmasına görə Azərbaycanın Gürcüstandakı səfirliyinə təşəkkür edib. Onun sözlərinə görə, kitab Azərbaycan və Gürcüstan arasında elm sahəsində münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, kitab Çin Xalq Respublikası, Yaponiya, Cənubi Koreya, Malayziya, Vyetnam Sosialist Respublikası kimi Asiya ölkələrinin dünya siyasətindəki yeri, rolu və mövqeyinə həsr olunub.

Şərh yeri

şərh

Share Button

Comments are closed.