yeni xəbərlər

Gürcüstan nazirləri Borçalıda azərbaycanlı namizədin güllələnməsinə münasibət bildiriblər

Oktyabr 20th, 2017 | by DAK.AZ
Gürcüstan nazirləri Borçalıda azərbaycanlı namizədin güllələnməsinə münasibət bildiriblər
Borçalı
0

Gürcüstanın xarici işlər və ədliyyə nazirləri Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş insidenti şərh ediblər.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, XİN rəhbəri Mixeil Canelidze istintaqın nəticələri məlum olmadan hər hansı spekulyasiya və versiya barədə danışmağım doğru olmadığını deyib.

 

Onun sözlərinə görə, yaralıların müalicəsi nəzarət altındadır.

 

Ədliyyə naziri Tea Tsulukiani də öz növbəsində qeyd edib ki, istintaqın aparıldığı vaxtda hər hansı versiya haqqında danışmaq olmaz: “Məsələni siyasiləşdirmək lazım deyil. İstintaqın nəticələrini gözləməliyik.”

 

Nazirin sözlərinə görə, müvafiq dövlət qurumları seçki zamanı hər hansı bir gərginliyin qarşısını almaq  üçün vəziyyətə tam nəzarət edir.

 

Qeyd edək ki, dünən gecə hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən dörd nəfər güllələnib. Onlar yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı istintaq aparılır.

Şərh yeri

şərh

Share Button

Comments are closed.