yeni xəbərlər

“Urmiya gölü bu hökümət üçün prioritet deyil”

Oktyabr 20th, 2017 | by DAK.AZ
“Urmiya gölü bu hökümət üçün prioritet deyil”
Güney Azərbaycan
0

İran Azərbaycanında fəaliyyət göstərən yerli jurnalistlər və türk fəallardan sonra, artıq yerli siyasətçilər və millət vəkilləri də Həsən Ruhaninin Urmiyə Gölü böhranına dair siyasətini sərt şəkildə tənqid edirlər.

İran xəbər agentliklərinin məlumatına görə, Urmiyə Gölünü canlandırma fəaliyyətləri üçün lazımi büdcə vəsaiti əlaqədar dövlət qurumları tərəfindən təmin edilməməkdədir.

Urmiyə Gölünün durumu keçən illərə görə daha da pisləşib. Bunun səbəbi isə, Proqram və Büdcə Təşkilatının lazımi vəsaiti təmin etməməsidir.

Mehr agentliyinə danışan Təbriz millət vəkili Məhəmməd İsmail Səidinin sözlərinə görə, bu, Urmiyə Gölü məsələsinin artıq hökümət üçün bir prioritet olmadığını göstərir.

Cənab Səidinin dediklərinə görə, “Urmiyə Gölünün durumu keçən illərə görə daha da pisləşib. Bunun səbəbi isə, Proqram və Büdcə Təşkilatının lazımi vəsaiti təmin etməməsidir… Şərqi Azərbaycan və Qərbi Azərbaycan millət vəkilləri bu istiqamətdə şifahı və yazılı etirazlarını irəli sürmüşlər. Amma Proqram və Büdcə Təşkilatının ilk və son cavabı bu olub ki, vəsaitimiz yoxdur.”

“Bu yəni, Urmiyə Gölü bu hökümət üçün prioritet deyil,” deyə millət vəkili ifadə edib.

İranın Azərbaycanının digər millət vəkilləri də, xüsusilə Təbriz və Urmiyə şəhərinin deputatları Urmiyə Gölünün canlandırılmasına dair verilən vədlərin yerinə yetirilməməsini tənqid edirlər.

Ən sərt tənqidlər Həsən Ruhaniyə rəqib olan siyasi qanadlara mənsub deputatlar tərəfindən səsləndirilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.