yeni xəbərlər

Ərdəbildə azərbaycanlı yazıçı Müjgan Siyami saxlanılıb

Oktyabr 26th, 2017 | by DAK.AZ
Ərdəbildə azərbaycanlı yazıçı Müjgan Siyami saxlanılıb
Güney Azərbaycan
0

Güney Azərbaycanın Ərdəbil şəhərində fəsillik Saray dərgisinin baş redaktoru xanım Mojqan Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Oktyabrın 22-də təhlükəsizlik qüvvələri xanım Siyaminin şəxsi evinə daxil olaraq onu yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparıblar. Baş redaktorun evində axtarış aparıldığı bildirilir.

 

Hələlik azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat yoxdur.

 

M.Siyami azərbaycanlı milli-mədəni fəallardan biridir. O Saray dərgisinin baş redaktoru və qadın haqları müdafiəçisidir.

 

Adını çəkdiyimiz fəal İranda 12-ci prezident seçkilərində öz namizədliyini irəli sürüb, lakin naməlum səbəbdən onun səlahiyyətli rədd edimişdir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.