yeni xəbərlər

Ərdəbildə divarlar üzərinə milli şüarlar yazılıb

Oktyabr 30th, 2017 | by DAK.AZ
Ərdəbildə divarlar üzərinə milli şüarlar yazılıb
Güney Azərbaycan
0

Oktyabrın 25-dən 26-na keçən gecə Ərdəbil şəhərində küçə divarlarına milli şüarlar yazılıb.

 

Azərbaycanlı fəalların yazdığı şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlmək mümkündür. Şüarların əksəriyyəti azərbaycanlı siyasi məhbusların azad edilməsi və türk dilində təhsillə bağlı olub.

 

Şüarlar arasında “Azərbaycan məhbusları azad edilsin”, “Siyamək Mirzayi azad edilsin”, “Lətif Həsəni zindandan buraxılsın”, “Haray Haray, mən türkəm”, “Yaşasın Azərbaycan”, “Fars şovinizminə ölüm”, “Türk dilində mədrəsə” və s. kimi cümlələr yer alıb.

 

Divarları yazmaqla bağlı bəzi fəalların yaxalandığı ehtimal olunur, bu barədə əlavə məlumat yayıla bilər.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.