yeni xəbərlər

Milad Balisini: Türk dilinin davamlı tədrisi səsləndirdiyimiz tələblərin nəticəsidir -Müsahibə

Oktyabr 30th, 2017 | by DAK.AZ
Milad Balisini: Türk dilinin davamlı tədrisi səsləndirdiyimiz tələblərin nəticəsidir -Müsahibə
Müsahib
0

Milad Balisini deyir ki, keçmişdə də bəzi universitetlərdə türk dili seçimli kurs formasında tədris olunub, amma sonra bu praktika dayandırılıb. Onun fikrincə indiki vəziyyət fərqlidir. “İndi dayandırsalar, bunun səsi tez çıxar,” o, hesab edir.

Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan tələbə fəal son vaxtlar dil hüquqlarının gündəmə gəlməsinə zəmin yaradan siyasi atmosferi şərh edib və Güney Azərbbaycanın  bir neçə universitetində türk dili və ədəbiyyatının tədrisi ilə bağlı məlumat verib.

Keçən günlərdə Şərqi Azərbaycanda Əhər məhkəməsi fevral 2014 Dünya Ana Dili Günündə Əhər şəhərində keçirilən tədbirlə əlaqədar mühakimə edilən 22 fəala bəraət hökmü verib.

Milad Balisini məhkəmənin bu qərarının son vaxtlar türk dilinin tədrisi tələbinin daha geniş və güclü bir şəkildə ortaya qoyulması ilə əlaqədar ola biləcəyini deyir.

Tələbə fəal türk dil və ədəbiyyatının Təbriz, Urmiyə və Marağa universitetlərində tədris edilməsinin də bu tələblərin genişlənməsinin nəticəsi kimi dəyərləndirir.

Balisinin verdiyi məlumata əsasən, hazırda Təbriz Universitetində fəaliyyətə başlamış türk dil və ədəbiyatı bölümündən əlavə, türk dili 2 kredit seçimli kurs olaraq Urmiyə və Marağa universitetlərində də tədris olunur.

“Mən Urmiyə və Marağa universitetlərində bu ‘Fitilə’ proqramından sonrakı etirazlar zamanında gündəmə gəldi. Bu etirazlarda tələbələrin istəyi bu idi ki bizim dilimiz tədris olunsun.Yəni bu tələbələrin istəkləri ilə ortaya qoyuldu,” Marağa Universitetinin tələbəsi əlavə edir.

“Yeni bir dönəm başlamış, amma yeni dönəmdən danışanda bu istəklər və etirazların nəticəsidir. Dövlət bunu istəyərək verməyib,” deyə Milad Balisini artıq durumun keçmişdən fərqləndiyini ifadə edir.

Onun dediklərinə görə, “keçmişdə də bəzi universitetlərdə türkcə seçməli kurs olaraq tədris olunub amma sonra dayandırılıb. İndi [durum] fərqlidir. Bir misal deyim. Türk dili kursu keçən dönəm Marağa Universitetində var idi. Amma məsullar bu dönəm biraz soyuq baxırdılar məsələyə. Tələbələr kəskin etiraz bildirdi və məsullar baxdı ki bu kursu dayandıra bilməzlər… Keçmişdə kəskin etiraz olmadığı üçün dayandırırdılar. Əvvəllər bunun səslənməsi çox çəkirdi. Amma indi sosial medianın güclənməsi ilə olayların səsi daha tez çıxır.”

Şərh yeri

şərh

Share Button

Comments are closed.