yeni xəbərlər

Ərdəbilin Polis İdarəsində Mehdi Dustdara təzyiq edilir

Noyabr 1st, 2017 | by DAK.AZ
Ərdəbilin Polis İdarəsində Mehdi Dustdara təzyiq edilir
Güney Azərbaycan
0

Oktyabrın 26-da İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar Ərdəbil Polis İdarəsinin Təhlükəsizlik Bölümünün təcridxanasında ağır vəziyyətdə saxlanılır.

 

Fəalın yaxınlarının dediyinə görə, ona yetəri qədər su və yemək verilmir, saxlandığı şərait çox ağırdır.

 

Əldə edilən məlumata görə, M.Dustdarın müvəqqəti sərbəst buraxılması üçün 20 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb. Təhlükəsizlik qüvvələri isə yalan etiraflar almaq üçün fəalı təzyiq altında saxlayır. Onlar fəala bildiriblər ki, yalnız müəyyən işləri etiraf etdikdən sonra sərbəst buraxıla bilər.

 

M.Dustdar isə mülki vəsiqə qərarı və məmurların tələbini yerinə yetirməkdən imtina edərək müvəqqəti sərbəst buraxılması üçün yalnız milli kartını (şəxsiyyət vəsiqəsi) girov qoya biləcəyini söyləyib.

 

Son günlərdə Ərdəbil şəhərində divarlar üzərinə çoxlu milli şüarlar yazılıb. Azərbaycanlı gənclər tərəfindən yazılan şüarlar rejimin təhlükəsizlik qüvvələrini hərəkətə gətirib, bundan sonra M.Dustdar yaxalanaraq Polis İdarəsinin təcridxanasına aparılıb.

 

Ərdəbil küçələrinə yazılan şüarlar əsasən azərbaycanlı siyasi məhbusların vəziyyəti, Urmu gölü böhranı və ana dildə təhsillə bağlı olub.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.