yeni xəbərlər

İƏT baş katibi: “Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”

Noyabr 1st, 2017 | by DAK.AZ
İƏT baş katibi: “Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”
Qarabağ
0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıSəudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

 

Komitədən APA-ya verilən məlumata görə, görüşdə M. Qurbanlı qeyd edib ki, Azərbaycan İƏT-ə üzv olduqdan sonra öz təşəbbüskar mövqeyi ilə seçilir, üzərinə düşən vəzifələri həmişə yerinə yetirir, təşkilatın prinsiplərinə uyğun işini həyata keçirir. “Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həm özünün dövlət maraqlarını, həm də İslam mədəniyyətini, İslam dünyasının ortaq mənafelərini müdafiə edir. Prezident İlham Əliyev hər fürsətdə İslam dünyasının yaşadığı problemləri dilə gətirərək onların həllində yardımçı olmağa çalışır”.

 

Azərbaycandakı din-dövlət münasibətləri haqqında məlumat verən Komitə sədri ölkənin bu sahədəki təcrübəsinin digər ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb, bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. Əhməd Əl-Useymin isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT-in birmənalı və dəyişməz mövqeyini bir daha vurğulayıb, bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.

 

İslam dünyasının problemləri haqqında söhbət açan Yusif bin Əhməd əl-Useymin dünyada İslama qarşı təhdid və təhlükələrin get-gedə artdığı bir dövrdə müsəlman ölkələrinin vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsinin vacibliyini bildirib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.