yeni xəbərlər

Türkiyədən Rusiyaya sərt etiraz-VİDEO

Noyabr 1st, 2017 | by DAK.AZ
Türkiyədən Rusiyaya sərt etiraz-VİDEO
Video Xəbər
0

Rəsmi Moskvanın Suriya məsələsinin müzakirə olunduğu Astana toplantısına PYD-ni dəvət etməsi Ankaranın etirazına səbəb olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bunu əsla qəbul etməyəcəklərini bildirib.

“PYD/YPG terror qruplaşmalıdır, onlar PKK-nın Suriyadakı qoludur. Suriyanın bölünməsinə, özlərinə ərazi yaratmaq istəyən qruplaşmanın Astanada işi ola bilməz. Bizim terror təşkilatlarının üzvü olmayan kürd vətəndaşların dəvət olunmasına etirazımız yoxdur. Tərəfdaşlarımızın bizi anlayacağına ümid edirik” – deyə, Kalın qeyd edib.

Suriyada atəşkəs bölgələrinin yaradılması prosesinin davam etdiyini deyən Ankara rəsmisi ölkəsinin üzərinə düşən vəzifənin İdlibdə asayişin bərqərar edilməsi olduğunu deyib. Hazırda vəziyyətin nəzarətdə olduğunu deyən İbrahim Kalın bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb. Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/44268

Şərh yeri

şərh

Share Button

Comments are closed.