yeni xəbərlər

Hava yağmursuz keçəcək

Noyabr 3rd, 2017 | by DAK.AZ
Hava yağmursuz keçəcək
Gündəm
0

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

 

Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz  16-20° isti, Bakıda gecə  8-10° isti, gündüz  18-20° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəxək. Səhər bəzi yerlərdə duman,  Lənkəran-Astara zonasında çiskin olacaq.

 

Qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-4°, gündüz  6-11° isti olacağı gözlənilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.