yeni xəbərlər

Ərdəbildə divarlar üzərinə milli şüarlar yazılıb

Noyabr 6th, 2017 | by DAK.AZ
Ərdəbildə divarlar üzərinə milli şüarlar yazılıb
Güney Azərbaycan
0

Güney Azərbaycanın Ərdəbil şəhərində küçələrə milli şüarlar yazılıb.   

 

Məlumata görə, dünən gecə gənclər tərəfindən divarlar üzərinə yazılan şüarlara şəhərin müxtəlif məntəqələrində rast gəlinir.

 

Divarlara “Farsca yox, mən türkəm 15-ci maddə…?”, “Oyan Azərbaycan”, “Urmu, Təbriz, Zəngan, Həmədan, Qəzvin, bu səs Ərdəbildən gəlir (oyan)”, “Hanı mənim ana dilim”, “Türk dilində mədrəsə”, “Siyasi məhbuslar azad olunsun”, “Haray haray, mən türkəm”, “Mühəndis Siyamək Mirzayi və doktor Lətif Həsəni azad olunsun” və s. kimi milli şüarlar yazılıb.

 

Xatırladaq ki, ötən günlərdə Ərdəbil küçələrində dəfələrlə oxşar şüarlara rast gəlinib. Bununla əlaqədar bir azərbaycanlı fəalın saxlanıldığı bildirilmişdir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.