yeni xəbərlər

Almaniyada yaşayan Əşrəf Hümbətovun Bakıda sərgisi açılıb

Noyabr 6th, 2017 | by DAK.AZ
Almaniyada yaşayan Əşrəf Hümbətovun Bakıda sərgisi açılıb
Diaspor
0

Uzun illərdir Almaniyda yaşayan soydaşımız, rəssam Əşrəf Heybətovun “Qala” Muzey Kompleksində rəsm sərgisi açılıb. Sərgidə rəssamın mənzərə janrında çəkdiyi 25 əsər nümayiş olunur. Bütün işlərində özünəməxsus Şərq üslubuna sadiq qalan rəssamın əsərlərində əsasən 100 il əvvəl Azərbaycanda yaşayan insanların həyat tərzi, geyim üslubu, adət-ənənələri öz əksini tapıb. Bu rəngkarlıq nümunələri Azərbaycan xalqının keçmişinə səyahət etmək imkanı yaradır. Sərginin ziyarətçiləri Qərb və Şərqin qovuşduğu məkanda yerləşən Bakı kəndlərinin həyat tərzi, adət-ənənələri ilə interaktiv şəkildə tanış ola bilərlər.

Sərginin məhz Qala kəndindəki Muzey Kompleksində açılması təsadüfi deyil. Əşrəf Heybətovun babaları burada doğulduğu üçün o, özunu məhz bu torpaqda soykökünə yaxın hiss edir.

Qeyd edək ki, artıq 30 ildir Almaniyanın Koblnets şəhərində yaşayan Əşrəf Heybətov YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü və  Azərbaycanın əməkdar rəssamıdır. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

Şərh yeri

şərh

Share Button

Comments are closed.