yeni xəbərlər

Türkiyə ABŞ-a vizalarının verilməsini qismən bərpa edə bilər

Noyabr 6th, 2017 | by DAK.AZ
Türkiyə ABŞ-a vizalarının verilməsini qismən bərpa edə bilər
Türk Dünyası
0

Türkiyənin ABŞ-dakı diplomatik nümayəndəlikləri bu ölkəyə vizalarının verilməsini qismən bərpa edə bilər. APA-nın xəbərinə görə, bu barədə “Milliyet” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

 

“Reuters”in məlumatına görə, ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bu gün “məhdud sayda” vizaların verilməsini bərpa edib. Məlumata görə, Amerika hökuməti bu addımı Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-da səfəri ərəfəsində atmağa qərar verib.

 

B.Yıldırım 7-11 noyabr tarixlərində baş tutacaq səfər zamanı ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparmaq niyyətindədir. Görüşdə həmçinin viza məsələsinin müzakirə olunacağı gözlənilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.