yeni xəbərlər

Qaçmaq istəyən 11 FETÖ-çü saxlanıldı-VİDEO

Noyabr 7th, 2017 | by DAK.AZ
Qaçmaq istəyən 11 FETÖ-çü saxlanıldı-VİDEO
Video Xəbər
0

Türkiyənin Muğla vilayətində FETÖ hərəkatı üzvü olduqları üçün barələrində həbs qərarı olan 11 kişi 9 uşaqla birgə Yunanıstanın Rodos adasına qeyri-qanuni yollarla qaçmağa çalışarkən ələ keçib. APA TV “Doğan” agentliyinə istinadən xəbər verir ki, həmin təşkilat üzvü olan daha 3 nəfər isə Yunanıstan tərəfə keçməyə nail olub.

Məlumata görə, həmin şəxslər dəniz yolu ilə qaçmaq istəyib. Belə ki, sahil təhlükəsizlik qrupları Turunc Məhəlləsi adlanan yerdə Rodos adasına keçməyə çalışan bir gəmini dayandırmaq istəsə də, onlar qaçmaq istəyib. Gəmi sonradan saxlanılıb. 20 nəfərlə bərabər gəminin 2 nəfər heyəti də ələ keçib.

Həmin şəxslər istintaqa təhvil verilib. Yunanıstan tərəfə keçən digər 3 nəfər barəsində də araşdırmalar aparılır. Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/44390

Şərh yeri

şərh

Share Button

Comments are closed.