yeni xəbərlər

Tramp Konqresdən hərbi büdcənin artırılmasını xahiş edib

Noyabr 7th, 2017 | by DAK.AZ
Tramp Konqresdən hərbi büdcənin artırılmasını xahiş edib
Siyasi
0

ABŞ prezidenti Donald Tramp Şimali Koreya və Əfqanıstandakı vəziyyətlə əlaqədar Konqresin Nümayəndələr Palatasından 2018-ci ilin hərbi büdcəsinin xərclərini artırmağı xahiş edib.

 

“Sorğu Şimali Koreyadan gələn təhlükənin neytrallaşdırılması məqsədilə raketdən müdafiə sahəsində zəruri tədbirlərin dəstəklənməsi üçün əlavə 4 mlrd. dollar və Cənubi Asiyada prezident administrasiyasının strategiyasının dəstəklənməsi üçün 1,2 mlrd. dolların ayrılmasını nəzərdə tutur”, – deyə D.Trampın məktubunda bildirilir.

 

D.Tramp əlavə maliyyələşdirmənin Əfqanıstanda ABŞ hərbi kontingentini daha 3500 nəfər artırmaq üçün gərək olduğunu bildirib.

 

Bundan başqa, D.Tramp Konqresdən bu il qəzaya uğramış “Con Makkeyn” və “Fitsjerald” hərbi gəmilərin təmirinə 800 mln. dollar ayrılmasını xahiş edib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.