yeni xəbərlər

Urmiyada keçirilən voleybol görüşündə milli şüarlar səsləndirilib

Noyabr 8th, 2017 | by DAK.AZ
Urmiyada keçirilən voleybol görüşündə milli şüarlar səsləndirilib
Güney Azərbaycan
0

Noyabrın 7-də Urmiyə şəhərinin Qədir stadionunda (Durnalar Yuvası stadionu) bu şəhərin “Şəhrdari” komandası ilə Tehranın “Bank-i Sərmayə” takımı arasında görüş keçirilib, oyun 3:1 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb.

 

Urmiyə komandası oyunda uduzsa da, görüşün qalibi Azərbaycan olub. Məlumata görə, stadionda tamaşaçı qismində iştirak edən 5 mindən çox soydaşımız oyun boyu müxtəlif milli şüarlar səsləndirərək stadionu lərzəyə gətiriblər. Tamaşaçılar son günlərdə kürd terror qruplaşması “Pejak”ın Çaldıranda törətdiyi terror aktını qınayıb, bu barədə bir çox şüarlar səsləndiriblər. Urmiyə komandasının oyunçuları isə terror aktında şəhid olan türk sərhədçilərinin ehtıramına qara geyiniblər. Tamaşaçılar arasında Şərqi Azərbaycan, Zəncan, Qəzvin, Həmədan və Ərdəbil məntəqələrindən gələn çox sayda milli-mədəni fəalın da olduğu bildirilir.

 

Tamaçılar qara mozaika dizaynı da təşkil edərək baş verən terror aktında şəhid olanların xatirəsini anıblar.

 

“Şəhrdari” komandasının tərəfdarları stadionda səsləndirdikləri şüarlar və qaldırdıqları plakatlarla rəqib komandanın üzvlərini heyran qoyublar.

 

Xatırladaq ki, noyabrın 3-də Türkiyə ilə sərhəddə yerləşən Güney Azərbaycanın Çaldıran şəhərində “Pejak” terrorçuları 8 sərhədçinin olduğu avtomobilə silahlı hücum edərək onları qətlə yetiriblər. Şəhidlərin 7-ı Azərbaycan, biri isə Türkmən türklərindəndir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.