yeni xəbərlər

Rusiyada faciə: ölənlər, dağıntılar altında qalanlar var – VİDEO

Noyabr 10th, 2017 | by DAK.AZ
Rusiyada faciə: ölənlər, dağıntılar altında qalanlar var – VİDEO
Video Xəbər
0

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

 

Hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

 

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.  Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.

 

Binanın bütün sakinləri yaxınlıqdakı iki məktəbdə yerləşdiriblər. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

 

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.  Videpnu bu linkdə izləyə bilərsiniz:http://apa.tv/video/44478

Şərh yeri

şərh

Share Button

Comments are closed.