yeni xəbərlər

Yağış kəsəcək

Noyabr 10th, 2017 | by DAK.AZ
Yağış kəsəcək
Xəbər
0

Bakıda və Abşeron yarımadasında noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan yüksək 769  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  70-80 % olacaq.

 

 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 14-19° isti, dağlarda 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.