yeni xəbərlər

Ərdəbildə daha 1 nəfər edam edilib

Noyabr 13th, 2017 | by DAK.AZ
Ərdəbildə  daha 1 nəfər edam edilib
Güney Azərbaycan
0

Güney Azərbaycanda  cinsi təcavüzdə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameraya köçürülən müttəhim Mədəd Əlizadə, noyabrın 12-si sübh saatlarında Ərdəbil şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Şərh yeri

şərh

Share Button

Comments are closed.