yeni xəbərlər

Tramp Kim Çen Inla dost olmaq istədiyini bildirib

Noyabr 13th, 2017 | by DAK.AZ
Tramp Kim Çen Inla dost olmaq istədiyini bildirib
Siyasi
0

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Twitter” hesabında yazıb.

 

“Nə üçün Kim Çen In məni “qoca” adlandıraraq, təhqir etməyə çalışır? Amma mən ona heç vaxt “balaca və koppuş”  deməzdim. Çünki mən onun dostu olmağa çalışıram və ümid edirəm ki, buna nə vaxtsa nail olacam”, – deyə Tramp bildirib.

Şərh yeri

şərh

Share Button

Comments are closed.