yeni xəbərlər

Əli Əkbər Vilayəti: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Noyabr 14th, 2017 | by DAK.AZ
Əli Əkbər Vilayəti: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
Siyasi
0

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

 

Bu sözləri İranın ali lideri, ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti gələn həftə Tehranda keçiriləcək “Əhli-beyt (ə) aşiqləri və təkfirçilik məsələsi” mövzusunda konfransa həsr olunmuş mətbuat konfransında APA-nın sualına cavabında deyib.
Ə. Ə. Vilayəti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə öz həllini tapmalıdır: “Biz Qarabağ məsələsinin həlli üçün siyasi danışıqları alqışlayırıq. Ümid edirik ki, regionun problemlərindən olan bu problem tezliklə danışıqlar yolu ilə öz həllini tapacaq”.
Ə. Ə. Vilayəti İran, Rusiya və Azərbaycan prezidentlərinin Tehran görüşünə toxunaraq hər növ regional əməkdaşlığı alqışladıqlarını söyləyib: “Həm Rusiya, həm də Azərbaycan bizim qonşumuzdur. Eyni zamanda, Azərbaycanla İranı bir-birinə bağlayan çoxlu tellər var. Çox az ölkə var ki, Azərbaycan və İran qədər mədəni, dini və tarixi müştərəkliyə sahib olsun. Bu səbəbdən həm Azərbaycan, həm də Rusiya ilə görüşlərin keçirilməsi çox faydalıdır”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.