yeni xəbərlər

Kərkükdə kürd bayrağını endirən zabit öldürüldü

Noyabr 28th, 2017 | by DAK.AZ
Kərkükdə kürd bayrağını endirən zabit öldürüldü
Türkman Cəbhəsi
0

Kərkükdə kürd bayrağını endirib İraq bayrağını asan hərbçi öldürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraq Xüsusi Təyinatlılarında qulluq edən kapitan Ahmet Salih Cərrah Bağdadda üzü maskalı iki şəxs tərəfindən qətlə yetirilib.

 

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də “müstəqillik referendumu” keçirməsindən sonra Bağdad hökuməti Kərkük başda olmaqla mübahisəli əraziləri ələ keçirmək üçün ordu göndərmişdi. Kərkük şəhəri oktyabrın 16-da kürdlərdən təmizlənmişdi.

 

Valinin şəhərdən qaçdığı əməliyyat nəticəsində valilik binasına girən İraq ordusu binadakı kürd bayrağını endirərək yerinə İraq bayrağını asmışdı. Bayraqların dəyişdirilməsi kapitan Cərraha tapşırılmışdı.

Şərh yeri

şərh

Share Button

Comments are closed.