yeni xəbərlər

Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqlayıb

Yanvar 15th, 2018 | by DAK.AZ
Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqlayıb
Olay
0

Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və  əməliyyata götürülüb.

 

İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb.  M. Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Şərh yeri

şərh

Share Button

Comments are closed.