yeni xəbərlər

İstanbulda Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Yanvar 30th, 2018 | by DAK.AZ
İstanbulda Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib
Diaspor
0

Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısı keçrilib. Görüş İstanbul Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İSTAD) baş tutub. Toplantıda Türkiyə də daxil olmaqla Cənub-Şərqi Avropa ölkələrində azərbaycanlıların fəaliyyəti ilə bağlı yeni planlar müzakirə olunub.

AAK-ın prezidenti Sahil Qasımov və İSTAD rəhbəri Səfər Karakoyunlu AAK-ın fevralda baş tutacaq növbədənkənar qurultayına hazırlığı da müzakirə ediblər. Türkiyəli diaspor fəalları, o cümlədən Səfər Karakoyunlu son bir ildə AAK-ın ciddi fəallığını, iri layihələrə start verdiyini vurğulayaraq, bunun onlarla da birgə planların reallaşması üçün ciddi stimul olacağın bildirib. Daha sonra Türkiyə, Cənub-Şərqi Avropa ölkələri üzrə azərbaycanlıların fəaliyyəti geniş müzakirə olunub, yeni layihələrlə bağlı birgə plan barədə qərarlar qəbul edilib. Yaxın aylarda İSTAD-ın ev sahibliyi ilə AAK-ın İstanbul forumunun keçirilməsi barədə də qərar qəbul olunub.

Sonda İSTAD rəhbəri Səfər Karakoyunlu Sahil Qasımova Türkiyə diasporu adından fəxri nişan təqdim edib.

Qeyd edək ki, fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının keçirilməsi nəzərdə tutulub. Qurultayın keçirilməsində məqsəd təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, quruma  üzv olan Azərbaycan icmalarının fəaliyyətinin daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılmasıdır.

Şərh yeri

şərh

Share Button

Comments are closed.