yeni xəbərlər

Traktorsazi tərəfdarı oyuncaq deyil, özünə görə mövqeyi var” -Müsahibə

Yanvar 30th, 2018 | by DAK.AZ
Traktorsazi tərəfdarı oyuncaq deyil, özünə görə mövqeyi var” -Müsahibə
Müsahib
0

“Traxtor bir dəyərdir. Bir marka və bir vasitədir,” Umud Evrən deyir. “Hər kəs bunu öz siyasi hədəfləri yönündə öz kontroluna keçirmək istəyir.” Siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə güneydə önəmli bir ictimai güc olaraq dəyərləndirilən Traktorsazi futbol klubu ilə bağlı siyasi baxışları dəyərləndrib.

İran İslam Respublikasına yaxın qruplar Traktorsazi tərəfdarlarını “pantürkist” və “bölücü” kimi ittihamlarla günhlandırarkən, İslam Respublikasına bəzi müxalif qruplar da hakimiyyətin müəyyən zamanlarda Traktorsazi azarkeşlərindən yararlandığını iddia edirlər.

Umud Evrən isə “Traxtorun Azərbaycan və İranın digər bölgələrində yaşayan türklərin yaratdığı bir dəyər və marka olduğunu” və “həm İslam Respublikası həm də özlərini bu rejimə müxalif görənlərin hücumuna məruz qaldığını” ifadə edir.

O, Traktorsazi komandasına qarşı mənfi münasibət sərgiləyən müxalif qrupları bir neçə dəstəyə ayırır:

“Bir gözlənti var ki, İranda ictimai bir hərəkat olanda, Azərbaycan ortaya gəlib və işi tamamlasın. Azərbaycanın bu yöndə hərəkət etməməsi [Traktorsazi ilə bağlı mənfi şərhlərin] bir səbəbi ola bilər.

İkincisi bu ki, toplumu bir mühəndislik sahəsi kimi görən qruplar var. Bu sol qruplarda daha çoxdur. Bunlar fikr edirlər ki, hakimiyyət toplumu istədiyi kimi şəkilləndirə bilir.”

Evrən həmçinin İran millətçilərinin münasibətinə diqqət çəkir: “İran millətçilərinin baxışı irqçi bir baxışdır. Onlar düşünür ki, türklərin siyasi görüşü yoxdur və fikr edirlər ki, bu kimi basqılarla türkləri öz tərəflərinə çəkə bilərlər. Yəni, onların fikrincə, türklər rahat aldadılar. Onlara qəhrəman deyərik, təriflərik. Gəlməsələr də, aşağılayıb və ittiham edəcəyik.”

Siyasi şərhçi əlavə edir, “bir də, İranda bir dəstə var ki, bütün mövzulara hakimiyyəti devirmək çərçivəsində baxır. Amma, Azərbaycanda və elə İranda da, buna baxış fərqlidir. Yəni belə ki, sadəcə hakimiyyətin dəyişdirilməsini istəyib və demokratiya məsələsi ilə işləri yoxdur. Azərbaycan onların arxasınca getməyəndə, bu onlarda narahatlıq doğurur.”

Onun sözlərinə görə, Traktorsazi komandasının son matçlarda sərgilədiyi zəif nəticələr səbəbilə, bəzi tərəfdarlar da hakimiyyətin bu komandanı tədricən yox etməyə çalışdığını ortaya atırlar. “Yəni tərəfdarlar da bu dövləti sorğulayır,” Umud Evrən bildirir.

“Traxtor bir dəyərdir. Bir marka və bir vasitədir. Hər kəs bunu öz siyasi hədəfləri yönündə öz nəzarətinə keçirmək istəyir. Bu gücü öz mənfəətləri istiqamətində hərəkətə keçirmək istəyirlər. İslam Respublikası bunu istəyir. Müxaliflər də düşünürlər ki, bu rejimin əlindədir və istəyirlər öz nəzarətlərinə keçirsinlər. Onu kontrol edə bilməyən, onu yox etməyə çalışır. Onların unutduğu budur ki, Traxtor tərəfdarları oyuncaq deyillər. Onların özlərinə görə mövqeləri və görüşləri vardır.”

Şərh yeri

şərh

Share Button

Comments are closed.