yeni xəbərlər

İran XİN: Türkiyə Suriyada hərbi əməliyyatları dayandırmalıdır

Fevral 5th, 2018 | by DAK.AZ
İran XİN: Türkiyə Suriyada hərbi əməliyyatları dayandırmalıdır
Siyasi
0

“Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatları dayandırmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi ənənəvi mətbuat konfransında deyib.

B. Qasimi bildirib ki, bu prosesin davam etdirilməsi terrorçuların və qeyri-sabitliyin bölgəyə qayıtmasına yardım edir: “Türkiyə dövləti bu məsələyə yenidən baxmalıdır və  Suriya ilə bağlı məsələləri Astana prosesi müzakirələrində gündəmə gətirməlidir”.
B. Qasimi Fransa prezidenti Emmanuel Makronun İrana səfər və ayətullah Xamenei ilə görüşü ilə bağlı şərt irəli sürməsinə toxunaraq bəyan edib ki, İran heç vaxt şərt qəbul etmir: “Biz şərtləri və təzyiqləri qəbul etmirik. Öz siyasətimiz haqqında özümüz qərar veririk. Makronun İrana səfər üçün şərt irəli sürməsi ilə bağlı yayılan məlumatlar yanlış və yersizdir. XİN və Parisdəki səfirliyimiz bu haqda heç nə eşitməyib. Hələlik bu səfər üçün tarix müəyyən edilməyib. Digər ölkələrin prezidentləri və rəsmiləri İrana rəsmi səfər zamanı ali liderlə görüşür və bu, qəbul olunmuş bir qaydadır”.
B. Qasimi İsrail baş naziri Benyamin Netanyahunun Rusiyaya səfəri zamanı prezident Putinlə görüşündə İranla bağlı apardığı danışıqlar haqda İranın məlumatlandırılıb-məlumatlandırılmaması barədə suala cavabında deyib ki, Rusiya ilə əlaqələr müxtəlif kanallarla davam etdirilir: “Regionda və dünyada baş verən proseslərə dair lazımi  məsləhətləşmələr aparırıq və aparacağıq. Sionist rejimin bu səfər zamanı sərgilədiyi mövqe qəribə deyil. Onlar həmişə çalışıblar bizimlə digər ölkələr arasında münasibətləri korlasınlar”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.