yeni xəbərlər

İranın Prezident Aparatında atışma olub -VİDEO

Fevral 5th, 2018 | by DAK.AZ
İranın Prezident Aparatında atışma olub -VİDEO
Video Xəbər
0

İranın Prezident Aparatının həyətində silahlı insident baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, bir nəfər Prezident Aparatının yoxlama postlarını zorla keçməyə cəhd göstərib.

 

Bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları xəbərdarlıq atəşi açıb. Nəticədə həmin şəxs yaralanıb və Aparatın həyətinə keçmək cəhdinin qarşısı alınıb. Xəstəxanaya çatdırılan şəxsin 35 yaşlı kişi olduğu bildirilir.

 

Bundan əvvəl “Tasnim” Xəbər Agentliyi şahidlərə istinadən Prezident Aparatının həyətində atışma baş verdiyi barədə xəbər yayıb. Atışmaya səbəb naməlum şəxsin kəsici alətlə posta hücum etməsi olub.
Faktla bağlı araşdırma başlanıb.Videonu bu linkdə izləyə bilərsiniz:http://apa.tv/video/46495

Şərh yeri

şərh

Share Button

Comments are closed.