yeni xəbərlər

MN: Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Fevral 6th, 2018 | by DAK.AZ
MN: Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Qarabağ
0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru, Ermənistan silahlı qüvvələri tərəfindən isə işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçiriblər.

Şərh yeri

şərh

Share Button

Comments are closed.