yeni xəbərlər

Seysmoloji Mərkəz: Bayıldakı monitorinq Qanlı gölə qədər genişləndirilə bilər

Fevral 6th, 2018 | by DAK.AZ
Seysmoloji Mərkəz: Bayıldakı monitorinq Qanlı gölə qədər genişləndirilə bilər
Özət
0

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacında monitorinqi davam etdirir.

 

Mərkəzin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, monitorinq Bayıl yamacı ətrafı zonalarda – Bakı Televiziya Qülləsinin arxası, Şəhidlər Xiyabanı, “Əbədi məşəl” abidəsi və “Gülüstan” sarayının üst tərəfini əhatə etməyə başlayıb.

 

Baş direktor deyib ki, monitorinqin martın sonuna kimi başa çatdırılması planlaşdırılır: “Monitorinqin aparıldığı ərazilərin əhatə dairəsinin genişləndirilməsinə səbəb həmin ərazinin bütövlükdə tədqiq olunmasıdır. Tərəfimizdən sürüşmə müstəvisi, sürüşmə kütləsinin həcmi və s. digər məsələlər öyrənilir”.

 

Q. Yetirmişi qeyd edib ki, gələcəkdə monitorinqin Nərimanov heykəlindən başlayaraq Qanlı gölə qədər genişləndirilməsi nəzərdə tutulur.

Şərh yeri

şərh

Share Button

Comments are closed.