yeni xəbərlər

Əsəd PYD-nin yolunu açdı: Menbiçdən yüzlərlə terrorçu Afrinə keçdi

Fevral 7th, 2018 | by DAK.AZ
Əsəd PYD-nin yolunu açdı: Menbiçdən yüzlərlə terrorçu Afrinə keçdi
Özət
0

Suriyanın şimalında başladılan “Zeytun budağı” əməliyyatının 19-cu günündə məhv edilən PYD/YPG terrorçularının sayı 999-a çatıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSQ) açıqlama yayıb.

Sonuncu əməliyyat günü daha 29 terrorçu zərərsizləşdirilib.

TSQ və Azad Suriya Ordusunun (ASO) birgə hücumu nəticəsində PYD-yə məxsus təlim düşərgəsi nəzarətə götürülüb.

Bundan başqa TSQ terrorçuların planlaşdırdığı təxribatın qarşısını alıb. ASO mövqelərinə hücum etmək istəyən bomba yüklü maşın tank atəşi ilə məhv edilib.

Bu üsul daha öncə İŞİD tərəfindən dəfələrlə istifadə edilib. Baş verən bu hadisə İŞİD-lə PYD/YPG-nin sıx əlaqədə olması barədə şübhələrə əsas verir.

Terrorçuların başqa bir hücumunun qarşısı isə daha öncə ələ keçirilən strateji yüksəkliyin yerləşdiyi ərazidə əngəllənib.
Bu arada Kandildən “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrin bölgəsinə 600 terrorçu göndərilib. Terrorçular Menbiç və Kobani bölgələrindən keçərək, Rusiya hərbçilərinin və Əsəd qüvvələrinin nəzarətində olan yollardan istifadə edib. Maşın karvanı gecə saatlarında Afrinə çatıb.

TSQ hava kəşfiyyatı və peyk görüntüləri ilə terrorçuların hərəkət istiqamətini izləyib. Karvanda daşınan silah-sursat və terrorçu sayının dəqiqləşdirildiyi deyilir. Dinc sakinlərin də zorla “terror karvanı”na cəlb edildiyi istisna olunmur.

Şərh yeri

şərh

Share Button

Comments are closed.