yeni xəbərlər

Macarıstanda 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Fevral 7th, 2018 | by DAK.AZ
Macarıstanda 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Diaspor
0

“Hazırda Macarıstanda 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır”.

 

APA-nın məlumatına görə, bunu Macarıstanın Azrbaycandakı səfiri Viktor Sederkenyi deyib. O bildirib ki, xüsusi təhsil proqramı çərçivəsində təhsil alanların sayı 387 nəfərdir: “Macarıstan bu il də Azərbaycan üçün 200 yerlik təqaüd proqramı təqdim edib. Hazırda ərziə qəbulu gedir. Bugünə kimi 400-dən çox namizəd ərizə təqdim edib. Ərizələrin qəbulu fevralın 16-da bitir”.

 

Səfir qeyd edib ki, səfirlikdə ilk dəfədir mədəniyyət və təhsil üzrə diplomat fəaliyyətə başlayıb. O, bu sahədə tədbirlərin daha da artacağını söyləyib: “Macarıstan hazırda Vişeqrad qrupuna sədrlik edir. Bununla bağlı Bakıda konsert proqramının təşkili gözlənilir. Bakıda keçiriləcək Tolerantlıq festivalında biz də öz filmimizi təqdim edəcəyik”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.