yeni xəbərlər

Tovuzda uşağın ölümü ilə nəticələnən yol qəzası faktı üzrə cinayət işi başlanıb

Fevral 7th, 2018 | by DAK.AZ
Tovuzda uşağın ölümü ilə nəticələnən yol qəzası faktı üzrə cinayət işi başlanıb
Olay
0

Tovuzda azyaşlının yük maşını ilə vurulması faktı ilə bağlı cinayət işi başlanıb.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əyyublu kəndi ərazisində yolu keçən 2011-ci il təvəllüdlü Əsgərov Elvin Elnur oğlunun “KamAZ” markalı yük avtomobili ilə vurulması və qəza nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.