yeni xəbərlər

Urmiyada daha bir tarixi məkan məhv olmaq üzrədir

Fevral 7th, 2018 | by DAK.AZ
Urmiyada daha bir tarixi məkan məhv olmaq üzrədir
Güney Azərbaycan
0

Güney Azərbaycanın Urmiyə şəhərində tarixi karvansara baxımsızlıqdan dolayı sıradan çıxmaq üzrədir.

 

Neft Şirkəti anbarının arxasında yerləşən karvansara Qacarlar dövrünə aiddir.

 

Videoda göründüyü kimi, uzun müddətdir dövlətin diqqətindən kənarda qalan tarixi karvansara, türklərə aid olan digər tarixi məkanlar kimi artıq təmami ilə məhv olmaq üzrədir.

Tarixi karvansara Urmiyə şəhərinin 7-i darvazasından biri olan Balov Darvazasının bir neçə yüz metrliyində yerləşir. Bu məkan 2002-ci il martın 16-da İran Mədəni İrs Təşkilatı tərəfindən qeydə alınıb.

 

Urmiyə Neft Şirkəti karvansaranın ərazisində yerləşdiyi üçün, bəziləri bu tarixi məkanı Neft Şirkəti Karvansarası adlandırır.

 

Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Fars bölgələrində isə bunun əksinə şahid oluruq. İsfahanda “Nəqş-i Cahan” Meydanının təkcə binası deyil, hətta havası da dövlət tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrin uçuşu nəticəsində yaranan titrəyiş və onun tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə vermir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.