yeni xəbərlər

Nazir: “Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur”

Fevral 9th, 2018 | by DAK.AZ
Nazir: “Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur”
Siyasi
0

“Bu gün Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqınin payına düşür. Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur və son 10 ildə üzv ölkələr tərəfindən iqtisadiyyatımızın həm neft, həm də qeyri-neft sektoruna 20 milyard dollardan artıq sərmayə qoyulub”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışında deyib.

Nazir bildirib ki, enerji əməkdaşlığı ikitərəfli gündəlikdə mühüm yer tutur: “Biz enerji mənbələri və marşrutlarını diversifikasiya etmək və birbaşa enerji-nəqliyyat əlaqələri qurmaq kimi Avropa İttifaqı ilə Azərbaycan arasında birgə məqsədlərə cavab verən Cənub Qaz Dəhlizinin təşviqi və həyata keçirilməsi yolu ilə enerji sahəsində strateji tərəfdaşlığımızı davam etdiririk. Mobillik və insanlar arasında əlaqələrin təşviqi Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin əsas hissəsini təşkil edir. Biz hesab edirik ki, readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin uğurla həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında viza liberallaşdırılmasına dair dialoqa başlamaq üçün yol açmalıdır”.

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.