yeni xəbərlər

Türkiyə Afrində verdiyi şəhid siyahısını açıqladı

Fevral 9th, 2018 | by DAK.AZ
Türkiyə Afrində verdiyi şəhid siyahısını açıqladı
Türk Dünyası
0

“Zeytun budağı” əməliyyatının 21-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 1062-ə çatıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, məlumatı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

4 gündən sonra yenidən əməliyyatlara start verən Türkiyə Hərbi Hava Qüvvələri zərbələr endirərək PYD/YPG və İŞİD-ə məxsus 19 hədəfi bombalayıb.

Gecə əməliyyatları ilə terrorçuların Bafilun dağında, Minniq, Kefr Cenne kəndləri və Raco bölgəsindəki mövqeləri də vurulub.

Aviazərbələr nəticəsində PYD/YPG-nin Afrindəki komanda mərkəzi də dağıdılıb.

Türkiyə qırıcıları Menbiç üzərində də uçuşlar edib.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) aid təyyarələrin fevralın 5-dən etibarən Afrin üzərindən uçmurdu.

 

Səbəb Rusiyaya aid təyyarələrə atılan raketlərə qarşı yeni hücumdan müdafiə sisteminin qurulması idi.

 

Bu arada Afrinin cənubunda gedən döyüşlərdə TSQ daha bir şəhid verib. Bu, Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində verdiyi 18-ci şəhiddir.

Bundan başqa 5 hərbçi və 5 Azad Suriya Ordusu (ASO) döyüşçüsü yaralanıb. Yaralılar Türkiyənin Kilis şəhərinə çatdırılıb.

Bu arada Türkiyə-Suriya  sərhədinin Afrin istiqamətində 47-ci kilometrdə iki cəbhədən hücuma keçən TSQ bölmələri və ASO döyüşçüləri birləşib. Bununla da böyük bir ərazi tam nəzarətə götürülüb.

Şərh yeri

şərh

Share Button

Comments are closed.