yeni xəbərlər

Ərdəbildə növbəti ilin təqvimi türkcə yayılıb

Fevral 12th, 2018 | by DAK.AZ
Ərdəbildə növbəti ilin təqvimi türkcə yayılıb
Güney Azərbaycan
0

Güney azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü (21 Fevral) ərəfəsində türk dilində təqvim yayıblar.

 

1397-ci ilin (hicri-şəmsi tarixi ilə) təqvimi fevralın 11-də Ərdəbildə yayılıb. Üzərində “Ana dilində mədrəsə – Olmalıdır hər kəsə” şüarı yazılmış təqvimdə ayların adı türkcə yazılıb.

 

Təqvimin üzərində bu cümlələr də qeyd olunub:

“Tərəqqi etməyə çalışan millət, üş pilləni çıxmalıdır: 1- Mədəni pillə 2- Siyasi pillə 3- İqtisadi pillə. Demək ki, mədəni tərəqqi, siyasi və iqtisadi tərəqqiyə yol açır.

Öz kimliyini düşünə bilməyən üç varlıqdan məhrum olur: 1- Düşüncə 2- Mənlik 3- Cəsarət.”

Azərbaycanlı fəallar bununla Beynəlxalq Ana Dili Gününü qeyd edərək 30 milyondan çox Azərbaycan türkünün ana dilində təhsil hüququnu tələb edib, ölkədə ayrı-seçkilik siyasətinə son qoyulmasını istəyiblər.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.