yeni xəbərlər

“ABŞ-la əlaqələrimizi tamamilə kəsə bilərik”-VİDEO

Fevral 12th, 2018 | by DAK.AZ
“ABŞ-la əlaqələrimizi tamamilə kəsə bilərik”-VİDEO
Video Xəbər
0

“Suriya-İraq sərhədində İŞİD terrorçuları var. ABŞ PYD/YPG ilə müttəfiqliyini davam etdirmək üçün onlara toxunmur. Afrində əsir saxlanılan İŞİD-çiləri isə Türkiyəyə qarşı vuruşmaları üçün sərbəst buraxıblar”.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib:

“Zeytun budağı” əməliyyatı son terrorçu məhv edilənə qədər davam edəcək. Hazırda hava zərbələri ilə bərabər, quru əməliyyatları da uğurlu nəticələr verir. Menbiç və Fəratın şərqinə də girəcəyik. Suriya torpaqlarını terrorçulardan təmizləyəcəyik, Afrini Suriya xalqına qaytaracağıq”.

ABŞ-ın üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu deyən diplomat, Vaşinqtondan konkret addımlar gözlədiklərini vurğulayıb:

“Vəd yox, real addımlar atılmalıdır. Yoxsa etibarımız tam itəcək. Türkiyə heç bir müttəfiqinə qarşı yanlış hərəkət etməz. Amma ABŞ-dan ciddi yanlışlar gördük. Bizə verilən söz yerinə yetirilməlidir. Türkiyəyə bu yaxında səfər edəcək Reks Tillersondan da bunu tələb edəcəyik”.

Mövlud Çavuşoğlu hazırda əlaqələrin çox kritik bir nöqtədə olduğunu, hətta bu əlaqələrin tam qopacağını da istisna etməyib.Videonu bu linkdə izləyə bilərsiniz: http://apa.tv/video/46655

Şərh yeri

şərh

Share Button

Comments are closed.