yeni xəbərlər

Ərdoğan: “Amerikalı generallar Osmanlı yumruğunu görməyiblər”

Fevral 13th, 2018 | by DAK.AZ
Ərdoğan: “Amerikalı generallar Osmanlı yumruğunu görməyiblər”
Siyasi
0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə 2019-cu il üçün 550 milyon dollar büdcə ayırmasına sərt reaksiya verib.

 

APA-nın məlumatına görə, Türkiyə prezidenti deyib ki, bu pullar Amerika xalqının cibindən çıxan pullardır və Amerika xalqı bunu bilməlidir.

Ərdoğan Türkiyənin strateji ortağı, müttəfiqi olan ABŞ silah dəstəyi yetmirmiş kimi PYD/YPG-yə indi də maddi yardım etmək barədə qərar verirsə, bu, Türkiyənin də aldığı və alacağı qərarlara təsir göstərəcək: “Biz hansı addım lazımdırsa, həmin addımı atacağıq. Bir ölüb, min dəfə dirilən bir millətik. Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən, NATO ABŞ demək deyil. NATO-nun bütün üzvləri bərabərhüquqludur. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır. ABŞ-ın Suriya ilə sərhədi yoxdur, Suriya ilə nə əlaqən var? ABŞ imkanları olduğu üçün bura rahat-rahat gəlir.  İlkin məlumata görə, ABŞ PYD/YPG-yə gələn il 550 milyon dollar yardım ayıracaq. Bu yardımın 3 milyard dollara qədər artacağı da danışılır. İndiyə qədər İŞİD terror təşkilatı ilə necə mübarizəsi apardınız? Neçə İŞİD terrorçusunu məhv etdiniz, yaxud başqa yerə apardınız? Biz bölgədə kimin kiminlə əməkdaşlıq etdiyini yaxşı bilirik. Artıq kiminsə İŞİD-dən bir vasitə kimi istifadə etmək haqqı yoxdur, çünki İŞİD-lə birlikdə hərəkət edirlər”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.