yeni xəbərlər

Pentaqon PYD/YPG terrorçularına təlim keçəcək-VİDEO

Fevral 13th, 2018 | by DAK.AZ
Pentaqon PYD/YPG terrorçularına təlim keçəcək-VİDEO
Video Xəbər
0

“Suriyanın şimalında baş verənlərdən narahatıq, amma Türkiyənin qayğılarını və atdığı addımları da anlayışla qarşılayırıq”. APA TV-nin məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Küveytdə İŞİD-lə mübarizə yollarının müzakirə edildiyi toplantıda bildirib.
Reks Tillerson əlavə edib ki, ölkəsi Suriyada İŞİD-dən təmizlənən bölgələrə əlavə olaraq daha 200 milyon dollar ayıracaq.

Bundan bir gün öncə isə Pentaqondan ABŞ-ın 2019-cu il büdcəsindən Suriyanın şimalındakı PYD/YPG tərkibində döyüşən silahlı kürdlərə təlim keçilməsi üçün 300 milyon dollar ayrılacağı bəyan edilib.

Reks Tillerson ABŞ-ın liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin Suriyada İŞİD-in məhv edilməsi istiqamətində əvəzsiz rol oynadığını deyib.

 

Xatırladaq ki, Reks Tillersonun Ankaraya da səfəri gündəmdədir.Videonu bu linkdə izləyə bilərsiniz:http://apa.tv/video/46678

Şərh yeri

şərh

Share Button

Comments are closed.