yeni xəbərlər

Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub

Fevral 13th, 2018 | by DAK.AZ
Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub
Özət
0

Rusiyanın Orenburq şəhərində yanğında ölən azərbaycanlıların adları məlum olub.

 

Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, habelə 47 yaşlı Əmrah (soyadı dəqiqləşdirilməyib) ölüb.
Xəsarət alanlar isə 8 yaşlı Quliyeva Sevinc Zaur qızı, 19 yaşlı Quliyeva Aytən Eysevər qızı, 26 yaşlı Quliyeva Sadəqət Eysəvər qızı, 49 yaşlı Quliyeva Sevinc Şiraslan qızı və 82 yaşlı İzzət Quliyevadır.

 

Y. Məsimov yanğında həyatını itirən Leyla və Eysevər Quliyevlərin Rusiya vətəndaşı, qalanların isə Azərbaycan vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün – Səadət Quliyeva, Sevinc Quliyeva
və İzzət Quliyevanın vəziyyəti ağırdır: “Hazırda onlar komadadır, süni nəfəsalma aparatına qoşulublar. Həkimlərin onların yaşamaq şansının çox az olduğunu bildirirlər”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.