Yeni nəşrlər
- 27.08.10 00:00
Əlyar Səfərlinin "Bölünmüş Azərbaycan, böyük elçinin düşüncələri" adlı kitabı çapdan çıxıb
Azərbaycanın İrandakı sabiq səfiri, Milli Elmlər Akademiyasının müxbir üzvü Əlyar Səfərlinin yeni kitabı nəşr olunub. "Bölünmüş Azərbaycan, böyük elçinin düşüncələri" kitabı Bakıda, "Ozan" nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Kitabda ömrünü Azərbaycanın tarixi sərhədlər çərçivəsində bütövləşməsi uğrunda mübarizəyə həsr etmiş tanınmış ziyalının İranda səfir işlədiyi dövrdə Güney Azərbaycanda gördüyü işlər, apardığı söhbətlərlə bağlı materiallar, son illər Güney Azərbaycanla bağlı Azərbaycan mətbuatında çap olunmuş məqalələri toplanıb.
- 16.11.09 00:00
Türkiyənin Bilkent universitetində “Əlibəy Hüseynzadə Turan” kitabının təqdimatı və Türkiyə-Azərbaycan münasibətlərinə dair panel keçirilib
Ankaradakı Bilkent Universitetində Qənirə Paşayeva və Azər Turanın “Əli bəy Hüseynzadə Turan” kitabının təqdimat mərasimi keçirilib. Türkiyə müxbirinin xəbərinə görə, təqdimat mərasimində Əlibəy Hüseynzadənin qızı Feyzaver Alpsar çıxış edərək, atası barədə Azərbaycanda yazılan bu əsərə görə müəlliflərə minnətdarlığını bildirib. F. Alpsar deyib ki, Azərbaycanda dövlətin və xalqın Əlibəy Hüseynzadəyə göstərdiyi bu diqqət və qayğı onu çox məmnun edib. O, kitabın çapının atasının ideyalarının onun doğma vətənində yaşamasının əyani sübutu olduğunu vurğulayıb.
- 18.09.09 00:00
RAMİZ MEHDİYEVİN BİBLİOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından “Ramiz Ənvər oğlu Mehdiyev” biblioqrafiyası işıq üzü görüb.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilmiş biblioqrafiyada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 25 kitabı, 200-ə yaxın məqaləsi,
- 27.07.09 00:00
“XI YÜZİLLİYİN TARİXİ ONOMASTİK LEKSİKASI” KİTABI ÇAPDAN ÇIXIB
“XI yüzilliyin tarixi onomastik leksikası” (Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsəri əsasında) kitabı çapdan çıxıb. Kitabın müəllifi gənc tədqiqatçı Cahid İsmayıloğludur. Kitabda Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri dilçilik baxımından tədqiq olunub. C.İsmayıloğlu M.Kaşğaridən başlasa da, əsərin məzmunu yalnız Kaşğari “Divan”ının materialları ilə
- 20.07.09 00:00
Azərbaycan mətbuatının neçə yaşı var?
Hələ 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani Təbrizdə çıxan "Təcəddüd" qəzetinin 24-cü sayında "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi: "Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!..
- 16.06.09 00:00
"XX əsr Türkə düşmədi, XXI əsr inşallah Türkün əsri olacaq"
Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun iki kitabı işıq üzü görüb - "Peyğəmbər" və "Dünya türkün dünyası". Həm bu kitablar haqda söhbətləşmək, həm də son dönəmlərdə ölkəmizdə, bölgəmizdə baş verən müəyyən məsələlərə münasibətini öyrənmək üçün Zəlimxan bəylə görüşdük. Söhbətimizə də elə ona ünvanladığımız "bəy" xitabı ilə bağlı oldu. Axı indi bəziləri ona "bəy" deyəndə əndişələnir...
- 01.06.09 00:00
Nurəddin Kazımovun “Seçilmiş Əsərləri” təqdim edildi
Azərbaycan Dillər Universitetində (ADU) əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü Nurəddin Kazımovun 14 cilddən ibarət “Seçilmiş Əsərləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbir “Elm İli” çərçivəsində universitetin 60 illiyinə həsr olunub. Mərasimdə ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov,
- 27.05.09 00:00
"Azərbaycan Xalq Cumhuriyyəti 90" kitabının təqdimatı keçirilib
Azərbaycan Xalq Cumhuriyyətinin 91-ci ildönümü ilə əlaqədar olaraq, Milli Kitabxananın Azərbaycan ədəbiyyatının arxiv şöbəsi tərəfindən 2008-ci ildə hazırlanmış "Azərbaycan Xalq Cumhuriyyəti 90" kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycan Demokratik Cumhuriyyətinin yaradılması, fəaliyyəti, eləcə də müxtəlif tarixi
- 26.05.09 00:00
“Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları Macarıstanda çap olunub
Macarıstanda Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları Azərbaycanın qəhrəmanlıq eposu seriyasından yüksək poliqrafik tərtibatda, nəfis şəkildə çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən verilən məlumata görə, kitabların giriş sözünün müəllifi macar tədqiqatçısı
- 22.05.09 00:00
MOSKVADA CƏMİL HƏSƏNLİNİN KİTABI ÇIXIB
Turan”ın məlumatına görə, Moskvada tarix elmlər doktoru, Milli Məclisin deputatı Cəmil Həsənlinin «Azərbaycanda Xruşşov «mülayimləşməsi» və milli məsələ (1954-1959-cu illər)» monoqrafiyası işıq üzü görüb. Kitabda Azərbaycanın timsalında Sovet İttifaqında Stalinin ölümündən sonra mərkəz və əyalətlər arasında yaranmış münasibətlərə toxunulub.

















