Gündəm


- 02.10.07 12:20 Güneyli milli fəal və siyasi məhbus Elyaz Yekanlı
haqqında qısa məlumat
Elyaz Yekanlı 2005-ci ilin son aylarında 18 ay Türkiyədə araşdırıcı və tələbə həyatı sürdükdən sonra İran adlanan ölkəyə qayıdan zaman sərhəddi keçərkən bütün sənədləri şəxsi əşyaları əlindən alınaraq bir ay İran Təhlükəsizlik idarəsində işgəncələrdən və təzyiqlərdən sonra öz kəndləri Mərənd şəhərinin Yekan kəndinə göndərilir və o kənddən başqa yerə getməyi qadağan olunur. 2006-cı ilin əvvəllərində Güney Azərbaycan qəhrəmanlarından birinin həyatı haqqında film hazırlayarkən yenidən İran Təhlükəsizlik qüvvələri tərəfindən həbs olaraq 45 gün müddətinə işgəncələrə məruz qalıb, 5 ay həbsə göndərilir.
Onun ittihamları İran hakimiyyətinə qarşı təbliğat, pantürkist partiyalarla iş birliyi ittihamı verilir. Həmin ilin “21 Azər Güney Azərbaycanın İstiqlal günü”ndə 70 gün Urmu şəhərində bir daha Təhlükəsizlik qüvvələri tərəfindən ciddi bədən xəsarəti yetirilərək həbs olunur və iki ay müddətinə Təhlükəsizlik idarəsinin gizli həbsxanasında saxlandıqdan sonra formal mühakimə olunduqdan sonra İran İslam Cümhuriyyətinə qarşı çıxmaq, Güney Azərbaycanda Türk dövləti qurmaq, pantürkist təfəkkürləri əhali arasında yaymaq ittihamı ilə 12 ay həbsə göndərilir.
Elyaz Yekanlı bu həbslərdən sonra ağır işgəncələr nəticəsində beyin infaktı və ruhi xəstəliyə düşərək həbsxananın həkim komissiyası tərəfindən Elyaz Yekanlının durumunu nəzərə alaraq onun xəstəxanaya yerləşdirilməsini Urmiyə həbsxanasının rəhbərliyindən tələb edirlər. Lakin cinayətkar və diktator inqilab məhkəməsi Elyaz Yekanlını xəstəxanaya göndərilməsinin qarşısı alınır.
Elyaz Yekanlının həbsxanada yazdığı son dörd məqalənin adlarını sizin diqqətinizə çatdırırıq:
1. Zindani cəhl (Cəhalət həbsxanası)
2. Eşqi həqiqi (Həqiqi eşq)
3. Piş be suye enqelabe fərhəngi (Mədəni inqilaba doğru irəli)
4. Nəqdi bər məqaleye doktor Cavad Məşkur (doktor Cavad Məşkurun məqaləsinə nəqd)
Müqavimət simvolu olan milli qəhrəman Elyaz Yekanlı bu anda faşist molla hakimiyyətini Urmu şəhərində yerləşən həbsxanasında hələ də təzyiq və işgəncələr altındadır.
Beynəlxalq İnsan Haqları Təşkilatına müraciət edirik ki, öz milli və insani haqları uğrunda mübarizə apardığı üçün dəfələrlə ağır işgəncələrə məruz qalan soydaşımıza öz köməklərini əsirgəməsinlər və İran-fars cəlladları əlindən soydaşımızı azad etdirsinlər.
Tanrı Türkü Qorusun















