Görüşlər

03.06.10 00:00

DAK fəxri sədri Prof.Səbri Təbrizi Ukraynanın Azərbaycandakı səfiri ilə görüş keçirib

Məlum olduğu kimi DAK fəxri sədri Prof.Q.S.Təbrizi son günlərdə bir həftə müddətində Ukraynada səfərdə olmuş və orada yaşayan soydaşlarımızla, diaspora nümayədələri və Ukraynanın bir sıra dövlət rəsmilərilə görüşlər keçirmişdir. DAK fəxri sədri Ukrayna səfərinin yekunları və oradakı təəsüratlarını Azərbaycan mətbuatı ilə yanaşı həmin ölkənin Azərbaycandakı diplomatik nümayəndələrilə də bölüşmək üçün 03 iyun 2010-cu il tarixində Ukrayana səfirliyində görüş keçirmiş və orda səfərdə olduğu müdətdə Ukrayna dövlətinin və xalqının Azərbaycan dövlətinə və xalqına müsbət münasibətin canlı şahidi olduğunu bildirmişdir.

03.06.10 00:00

DAK fəxri sədri prof.Qulamrza Səbri Təbrizi Ukrayna səfərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirdi (video görüntü)

Məlum oduğu kimi Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri prof.Q.S.Təbrizi son günlərdə Ukraynada yaşayan soydaşlarımızın dəvəti ilə həmin ölkədə səfərdə olmuşdur. Səfər zamanı həmin ölkədə yaşayan soydaşlarımızla, diaspor nümayəndələri və Ukrayna dövlət rəsmilərilə görüşlər keçirmiş və DAK-ın cari ildə fəaliyyət proqramı haqqında soydaşlarımıza, Ukrayna dövlət rəsmilərinə və media nümayəndələrinə geniş məlumat vermişdir. Bu münasibətlə Azərbaycan mediasını Ukraynadakı görüşlər haqda geniş məlumatlandırmaq üçün 02 may 2010-cu il tarixində saat 15:00-da DAK-ın Bakıdakı mərkəzi ofisində Mətbuat konfransı keçirildi.

29.05.10 00:00

UNIAN- Ukrayna Milli informasiya agentliyində DAK –ın Press konferensiyasi kecirildi

Ukrayna Milli informasiya agentliyində Azərbaycan Demokratik Respublikasının (ADR) 92-ci ildönümünə həsr olunmuş Press konfrans keçirildi.
DAK –ın Ukraynadakı nümayəndəliyi və «Narodna Rada» ictimai təşkilatlar birliyi tərəfindən hazırlanmış Press konfransda DAK-ın fəxri sədri prof. Qulamrza Səbri Təbrizi DAK –ın Ukraynadakı nümayəndəliyinin sədri Oktay Rüstamov, «Okno v mir» qəzetinin baş redaktor müavini Qaraş Tağıyev Ukrayna KIV nümayəndələrini maraqlandıran suallara cavab vermişlər.

28.05.10 00:00

DAK-in fəxri sədri prof. Qulamrza Səbri Təbrizi Ukrayna nümayəndəliyinin 28 may- Azərbaycan Respublikası gününə həsr olunmuş təntənəli tədbirdə iştirak edib

Ukraynanın Xarkov şəhərində Azərbaycan Demokratik Respublikasının (ADR) 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbir mərasimi keçirildi.Tədbirdən öncə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması və dövlət quruculuğunun bu günə qədər möhkəmləndirilməsinin banisi olan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulmuşdur.  Tədbirdə Ukrayna ictimaiyyətində tanınmış ziyalılar, dövlət orqanlarının nümayəndələri, ictimai təşkilatların sədrləri, siyasi partiyaların və azsaylı xalqların nümayəndələri, Ukraynanın müxtəlif vilayətlərində yaşayan azərbaycanlılar, diaspor üzvləri iştirak etdilər. «Okno v mir» qəzetinin baş redaktor müavini Qaraş Tagıyev tədbiri girisözü ilə açaraq, tədbir iştirakçılarını salamlamış, ADR -ın müstəqillik tarixi haqqında məlumat vermişdir.

26.05.10 00:00

DAK fəxri sədri prof.Q.S.Təbrizi Ukraynada səfərdədir

Məlum oldugu kimi DAK-in fəxri sədri professor Qulamrza Səbri Təbrizi DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri Oktay Rüstəmovun dəvəti ilə 23 may 2010-cu il tarixindən etibarən həmin ölkədə səfərdədir. DAK fəxri sədri Ukrayananın Kiyev, Xarkov və başqa şəhərlərində yaşayan soydaşlarımızla və orada fəaliyyət göstərən diaspor təşkilatları ilə yanaşı Ukrayna dövlət rəsmilərilə də görüşlər keçirib. Səfərin ilk gunu DAK-in fəxri sədri professor Qulamrza Səbri Təbrizi və DAK-ın Ukrayna nümayəndəliyinin sədri Oktay Rüstamov Millətlər və dini məsələlər üzrə Dövlət Komitəsinin sədri cənab Reşetnikov Yuriy Yevgenieviç ilə görüş keçirmişdir.

20.04.10 00:00

Dünya Azərbaycanlıları Konqresində Qazaxıstan və Ukraynadan gəlmiş diasporçularla görüş

Ötən gün Dünya Azərbaycanlıları Konqresində Qazaxıstandan gəlmiş diasporçular və bir sıra dəyərli insanların iştirakı ilə görüş keçirildi. Görüşdə DAK fəxri sədri, prof. Səbri Təbrizi, həmsədr prof. Paşa Qəlbinur, Dünya Ahıska türklərinin lideri Ziyəddin Kasanov, “Yeddi Dövlər – Bir Millət” Kültür və Dayanışma dərnəyinin baş təmsilçisi azər Həsrət, DAK Ukrayna nümayəndəliyinin sədri Oktay Rüstəmov, Axıska – Azərbaycan üzrə Dərnək başqanı İbrahim Burxanov, “Vətən”, “Türkel” qəzetinin, “Altun körpu” jurnalının baş redaktoru Ramiz Məşədihəsənli,

24.02.10 00:00

Böyük Britaniyanın Leeds şəhərində Ana Dili günü qeyd olundu (fotolent)

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Azər-Türk cəmiyyətinin (ATAY-ın) təşəbbüsü ilə fevralın 23-də Böyük Britaniyanın Leeds şəhərinin mərkəzi kitabxanasında Beynəlxalq “Ana dili” günü ilə bağlı tədbir təşkil olunmuşdur. Konfransda DAK fəxri sədri prof.dr. Qulamrza Səbri Təbrizi, Parisdən Maşallah Rəzmi, Rusiyadan Məzahir Həsənli, Güneyli və Quzeyli Azərbaycanlılar, Leeds şəhərinin Bələdiyyə sədri, Leeds şəhərinin ictimai-siyasi təşkilat və partiyaların nümayəndələrindən mr.Thomas Spencer, mr.Peter Harront Leader və Leeds Metropoliten Universitetinin müəllimləri iştirak ediblər.

21.09.09 00:00

DAK fəxri sədri Prof.Q.S.Təbrizi London-Azərbaycan Evində "Araz" qəzetinin nəşrinin 3-cü ildönümündə çıxış edib

DAK informasiya mərkəzinə London-Azərbaycan Evindən daxil olan məlumata əsasən 19 sentyabr 2009-cu il tarixində London-Azərbaycan evi, Londonda nəşr olunan “Araz” Qəzeti və Güneyli-Quzeyli milli fəalların təşəbüsü ilə Azərbaycanın dahi bəstəkari  Üzeyir Hacıbəylinin doğum günü və “Araz” qəzetinin nəşrinin 3-cü ildönümü munasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə "Araz" qəzetinin baş redaktoru Vusal Həmzəyev açaraq tədbirə qatılan bütün qonaqlara təşkilatçılar adından təşəkkür etdi və "Araz" qəzetinin 3 illik fəaliyyətindən ətraflı məlumat verdi. Vusal bəy dahi Azərbaycan bəstəkarı Üzeyir bəy haqqında video görüntülər nümayiş etdirdi və ilk sözü London-Azərbaycan evinin rəhbəri Dr.Əli Təkinə verdi. Əli bəy Londonda yaşayan Azərbaycanlı gənclərin milli-mədəni fəaliyytlərini yüksək qimətləndirərək "Araz" qəzetinində 3 il müddətində işlərnin təqdirə layiq olduğunu bildirdi və əlavə etdi ki, buradakı Azərbaycan Evinin qapıları hər zaman hər bir kəsin üzünə açıqdır və cənab prof.Təbrizi bəyə dəvətlərini qəbul edib bu tədbirə qatıldıqlarına görə və Azərbaycan Evinə gözəl, qədimi Təbriz xalçası hədiyyə etdiyinə görə minnətdarlıqını bildirdi. Sonra söz DAK fəxri sədri Prof.Q.S.Təbriziyə verildi. Prof.Təbrizi onu bu tədbirə dəvət etdiklərinə görə London-Azərbaycan Evinin rəhbərliyinə və "Araz" qəzetinin əməkdaşlarına təşəkkür edərək bildirdi ki,

15.09.09 00:00

Dünya Azərbaycanlıları Konqresi (DAK) fəxri sədri professor Qulamrza Səbri Təbrizi Böyük Britaniyada Azərbaycan və Turkiyə diaspor təşkilatlarının fəalları ilə silsilə göruşlər keçirir

ATAY dərnəyinin təşəbbüsü ilə 14 sentyabr 2009-cu il tarixində İngiltərənin Leeds şəhərinin mərkəzi kitabxanasında Azərbaycan və Turkiyə diaspor fəalları, İngiltərənin iş adamlariı ilə DAK-ın fəxri sədri və eyni zamanda Edinburq Universitetinin professor Qulamrza Səbri Təbrizi ilə göruş keçirildi. Dərnəyin başqanı İsa bəy Həmzəzadə tədbiri giriş sözü ilə açaraq bu görüşün dəvətini qəbul etdiyinə görə hörmətli professor Təbrizi bəyə öz təşəkkürünü bilidirərək sözü Təbrizi bəyə verdi. Professor Təbrizi İran adlanan ölkənin demokratiya problemi haqqında və Güney Azərbaycan Türklərinin hüquqlarının pozulması barədə çixiş etdi. Mühazirədə fars şovinizminin terrorizm mahiyyəti haqqında və İranın yalnış təbliğat sistemini açıqladı. Professor İranın nüvə silahına el atmağı suali barədə soylədi: İranın diktator hakimiyyətinin davranışları və demokratik qaydaları heç nəzərə almaması digər tərəfdən başqa ölkələri hədələyən hakimiyyətin nüvə silahına malik olması çox təhlükəlidir. Professor çıxışı zamanı ana dilinin əhəmiyyəti və onun İran rejimi tərəfindən zorakılıqla qadağan olunmasını bildirdi. Tədbir zamanı Türkiyə və Azərbaycan

13.07.09 00:00

Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri professor Qulamrza Səbri Təbrizi Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu ilə göruşdu

Bu günlərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu Azərbaycana gəlib. Camal bəy Dünya Azərbaycanlıları Konqresinde olmuş, Konqresin fəxri sədri professor Qulamrza Səbri Təbrizi ilə görüşmüşdü. Bakıya səfəri həm şəxsi işləri ilə əlaqədar, həmdə hər il olduğu kimi ildə bir dəfə də olsun vətəninə gəlməyidi. Türkiyədə dünyaya gələn azərbaycan türklərindən olan Camal bəyin ata və anasının qərbi azərbaycandandır. “Azərbaycan bizim canımızdır və ürəyimizdir. Bura gələndə cox rahat oluram. Azərbaycan həqiqətəndə gözəl ölkədir. Xüsusi ilə ildən ildə Azərbaycan gözəlləşir və abadlıq işləri sürətli getməkdədir. Bu bizi cox sevindirir. Azərbaycanın uğurları və güclü olması türkiyədə yaşayan azərbaycan türklərinədə güc verir” deyə Camal bəy bizlərlə öz fikirlərini bölüşdü. Türkiyədə fəaliyyət göstərən diasporamızın fəaliyyətindən danışan Camal bəy onu da qeyd etdi ki, diasporamız cox güclüdür və güclənməyə doğru getməkdədir. Demək olar ki,


1 2 3

Geri   Yuxarı







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq