Müzakirə


- 24.04.08 14:22 Fars şovinistlərinin himayəsilə Tehran erməniləri “uydurma soyqırımı”ın
ildönümünü keçirirlər

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Tehranın erməni sakinləri Tehranın bəzi küçələrində afişalar, elanlar, plakatlar yayaraq 1915-ci ildə “Uydurma erməni soyqırımı” ildönümünü keçirirlər. Hər il faşist molla hakimiyyətinin himayəsilə erməni terror təşkilatına bağlı olan Tehran erməniləri 24 aprel 1915-ci ili ermənilərin soyqırımı kimi iddia edirlər və münasibətlə aksiyalar keçirilir. Faşist molla hakimiyyəti islam pərdəsi altında erməni qardaşlarını hər tərəfli dəstəkləyərək, onları istər iqtisadi, hərbi və siyasi yöndə himayət edir və ermənilərə haqq qazandıraraq İran daxilində hər bir şərait yaratmaqla yanaşı onların bütün tədbirlərinə səmimi qəlbdən razılıq verərək, hətta onların təhlükəsizliyini də öz üzərinə götürür, onların bütün aksiyalarını keçirməyə şərait yaradır.
Xatırladaq ki, bu ilin fevral ayında əsrin faciəsi olan 26 fevral Xocalı soyqırımını anım mərasimi keçirmək üçün Güney Azərbaycan türkləri və Azərbaycanın səfirliyinin təşəbbüsü ilə Tehranın Nur məscidində nəzərdə tutulan mərasim min bir bəhanə ilə faşist molla hakimiyyəti tərəfindən qarşısı alındı.
Lakin bir əsr bundan öncə Osmanlı dövlətinin ermənilərlə müharibə zamanı həlak olmuş hər iki tərəfin əsgərləri nədənsə faşist molla hakimiyyətinin gözündə ermənilərin soyqırımı kimi önə çəkilir, amma qonşuluqda olan müsəlman Azərbaycan türklərinin keçən əsrin əvvəllərindən bu günə qədər davam edən ermənilər tərəfindən törədilən soyqırımı, terror və vəhşi əməlləri unutdurmağa çalışır.
Buna baxmayaraq Güney Azərbaycan türkləri faşist molla hakimiyyətinin iç mahiyyətini dəqiqliklə bilir və ermənilərlə farsların türk millətinə qarşı apardığı birgə fəaliyyəti hər an izləyir, var gücü ilə bu təxribatların qarşısını almaqdadır.















