Nəzərdə tutulan
- 03.06.10 00:00
Güney Azərbaycan milli təşkilatları 2-ci dialoq toplantısı keçirəcək
Əziz Azərbaycan türkləri, bildiyiniz kimi 21 Azər (12 Dekabr 2009-cu il) tarixli, Amsterdam bəyanatı bütün Azərbaycan milli qüvvələri, milli təşkilatları və ziyalılarının sevincinə səbəb olmuşdur. Bizim mənsub olduğumuz muasir Azərbaycan milli hərəkatı, yerinin boşluğu həmişə hiss olunan bir geniş həmkarlıq təməlinin qoyulmasını mümkün edən bir sənəd kimi yadda qalacaqdır.
- 15.02.10 00:00
Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanın görkəmli şairi Həbib Sahirin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirəcək
Hörmətli soydaşlar və media nümayəndələri! Hörmətli soydaşlar və media nümayəndələri! Dünya Azərbaycanlıları Konqresi (DAK) 16 fevral 2010-cu il tarixində saat 15:00-da DAK-ın mərkəzi ofisi İstiqlaliyyət küçəsi 8 ünvanında Güney Azərbaycanın görkəmli şairi Həbib Sahirin həyat və yaradıcılığına həsr olunmuş tədbir keşirəcək . Tədbirdə DAK rəhbərliyiilə yanaşı Azərbaycanın tanınmış şairləri, ədəbiyyatşünasları və ictimai xadimlərinin iştirak edəcək .
- 10.02.10 00:00
Dünya Azərbaycanlı Yazarlar Qurumu (DAYAQ) Güney Azərbaycanlı şairlərin kitablarının təqdimat mərasimini keçirəcək
Yeni təsis olunmuş Dünya Azərbaycanlı Yazarlar Qurumu (DAYAQ) 11 fevral 2010-cu il tarixində saat 12:00-da “ATATÜRK” mərkəzində (Tərlan Əlyarbəyov 5) yeni nəşr olunan üç Güney Azərbaycanlı şairlər Nigaar Xiyavi, Məlihə Əzizpur və Sayman Aruzun kitablarının təqdimat mərasimini keçirəcək. Mərasimdə Azərbaycanın görkəmli yazıçıları, şairləri, ədəbiyatşünaslari, millət vəkilləri və ictimai xadimlər iştirak edəcəklər. Tədbirdə çağdaş Güney Azərbaycan ədəbiyyatı mövzularında çıxışlar ediləcək.
- 05.01.10 00:00
Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Çingiz Bəxtavərinin şübhəli ölümü ilə əlaqədar anım mərasimi keçirəcək
Hörmətli soydaşlar və media nümayəndələri! Məlum olduğu kimi son günlərdə Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan, uzun illər Güney Azərbaycan Türklərinin milli haqqları müdafiə etdiyinə görə İran rejiminin ciddi təqib və təziqlərinə, dəfələrlə həbs, fiziki və ruhi işgəncələrinə məruz qalan, lakin bütün bunlara baxmayaraq öz haqq mücadiləsini heç bir çətinlikdən qorxmayaraq davam etdirən Çingiz bəy Bəxtavər şübhəli şəkildə öz iş yerində vəfat etmişdir.
- 10.12.09 00:00
Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı və Yeni Nəfəs Gənclər Hərəkatı “Güney Azərbaycanda Milli Hökumətinin yaranmasının 64 cü il dönümü” münasibətilə tədbir keçirdi
Hörmətli soydaşlar! Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı və Yeni Nəfəs Gənclər Hərəkatı 11 dekabr 2009-cu il saat 14:30-da “Güney Azərbaycanda Milli Hökumətin yaranmasının 64 cü il dönümü” münasibətilə tədbir keçirdi. Tədbirdə Güney Azərbaycanda milli hökumətin yaranma və süqutu səbəbləri, bugünkü Güney Azərbaycanda gedən milli azadlıq hərakatına həmin tarixin təsiri müzakirə mövzusu oldu.
- 16.11.09 00:00
DAK 17 noyabr 1988-ci il Azərbaycanda Milli Dirçəliş hərəkatının 21-ci ildönümü munasibətilə tədbir keçirəcək
Hörmətli soydaşlar və mediya nümayəndələri! Məlum olduğu kimi 1988-ci il noyabr ayının 17-də Bakıda Azadlıq meydanına toplaşan yüz minlərlə insan Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. 17 noyabr tarixində Azərbaycanda Meydan hərəkatının 21-ci ildönümü tamam olur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistanda və ...
- 26.10.09 00:00
Dünya Azərbaycanlılrı Konqresinin (DAK) dəstəyi və “İdeal” sülhün təbliği fondunun təşkilatçılığı ilə oktyabrın 27-si saat 12:00-da “Atatürk” mərkəzində tədbir keçiriləcək
Dünya Azərbaycanlılrı Konqresinin (DAK) dəstəyi və “İdeal” sülhün təbliği fondunun təşkilatçılığı ilə oktyabrın 27-si saat 12:00-da “Atatürk” mərkəzində keçiriləcək tədbirə dəvət edirik. Tədbirdə Türkiyədən dəvət olunmuş Xocalı faciəsindən bəhs edən və sonu QARABAĞIN işğaldan azad olunması ilə bitən “Sürgündəki Vətən” filminin ssenaristi və prodüsseri Qasım Gültekin Bəylə görüş keçiriləcək. Tədbirdə filim haqqında içtimayyətə geniş bilgi veriləcək, alimlər, ziyalılar və gənclər film ssenari haqqında öz fikirlərini bildirəcəklər. Tədbir Tərlan Əliyarbəyli 5 ünvanıda yerləşən “Atatürk” mərkəzində keçiriləcək. Tədbirdə DAK Rəhbərliyi və “İdeal” sülhün təbliği fondunun uzvləri, DAK İdarə Heyətinin üzvləri, DAK Gənclər Təşkilatının üzvləri və fəalları, güneyli-quzeyli milli fəallar, Türkiyəli tələbələr iştirak edəcələr. Alimlər, tələbələr və media nümayəndələri də tədbirə dəvət olunurlar.
- 20.10.09 00:00
23 oktyabr Güney Azərbaycan milli hərəkatının tanınmış simalarından olan şəhid Qulamrza Əmaninin vəfatının birinci ildönümüdür
Məlum olduğu kimi keçən il 23 oktyabr 2009-cu il tarixində Güney Azərbaycan milli hərəkatının tanınmış fəallarından olan, uzun müddət Iranın xususi xidmət orqanlarında milli və mədəni haqlarımızı tələb etdiyinə görə ağır fiziki və ruhi işgəncələrə, həbs və təziqlərə məruz qalan ən sonunda qondarma yol qəzasında iki qardaşı ilə birlikdə Əhər-Təbriz yolunda öncədən rejimin sifarişilə hazırlanmış ağır yük maşınlarının hucumuna məruz qalaraq şəhid olmuş Milli qəhrəman Qulamrza Əmaninin şəhadətinin birinci ildönümüdür. Bu munasibətlə Dünya Azərbaycanlıları Konqresi 23 oktyabr 2009-cu il tarixində saat 15:00-da DAK-ın Bakıdakı mərkəzi ofisində - İstiqlaliyyət küçəsi 8 ünvanında anım mərasimi keçırəcək. Mərasimdə şəhid Qulamrza Əmaninin Güney Azərbaycan milli hərəkatında rolu və onun həyat və mubarizəsini əks etdirən çıxışlar olacaq. Bununla yanaşı tədbir iştirakçılarına Türk dünyasında Güney Azərbaycanın strateji mövqeyi və antitürk quvvələrin Güney Azərbaycan Türklərinin istiqlal savaşına qarşı gizli və aşkar təxribatları mövzusunda məruzələr olacaq. Tədbirdə DAK rəhbərliyi ilə yanaşı
- 14.10.09 00:00
DAK 18 oktyabr – Dövlət İstiqlaliyyət Gününü qeyd edəcək
Məlum olduğu kimi 1991-ci il avqustun 30-da Azərbaycan respublikasının növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir müstəqil dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya içtimayəti tərəfindən tanınması, Azərbaycan konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyətinin bərpa olunma qərarını qəbul edir”. 1918-ci il mayın 28-də Azərbaycan Milli Sovetinin qəbul etdiyi bəyannaməni əsas tutaraq, 1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olundu və 1991-ci il oktyabrın 18-də AR Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Bu andan, yəni 1991-ci il oktyabrın 18-dən ölkəmiz istiqlal bir ölkədir və
- 11.06.09 00:00
Güney Azərbaycanşünas alim Əkrəm Rəhimlinin yeni nəşr olunmuş “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” kitabının təqdimatı keçiriləcək
Hörmətli soydaşlar və mediya nümayəndələri! Bildiyiniz kimi 12 Iyun Güney Azərbaycanda 1945-1946-cı il milli hökümətin banisi Seyid Cəfər Pişəvərinin vəfatının 62-ci ildönümüdür. Bu münasibətlə Dünya Azərbaycanlıları Konqeresi və Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşəbbüsü ilə tədbir və anım mərasimi keçiriləcək. Anım mərasimindən sonra Güney Azərbaycanşünas alim Əkrəm Rəhimlinin yeni nəşr olunmuş “Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri” kitabının təqdimatı olacaq. Tədbir 12 İyun 2009-cu il saat 13:00-da Fəxri Xiyabanda Mərhum S.C.Pişəvərinin məzarını ziyarətlə başlayacaq. Mərasimin davamı və kitabın təqdimatı saat 15:00-da DAK-ın Bakıdakı mərkəzi ofisində İstiqlaliyyət küçəsi 8-də keçiriləcək. Tədbirdə DAK rəhbərliyi,

















