Əbdürrəhim bəy Haqverdiyevin nəvəsi

by Samir Asadli

17 may Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, Azərbaycan ədəbiyyatının klassiki hesab olunan, Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, Yazıçılar İttifaqının üzvü, Molla Nəsrəddin jurnalının yazarlarından biri Əbdürrəhim bəy Əsəb bəy oğlu Haqverdiyevin doğum günüdür.

1870-ci ilin may ayında Şuşa şəhəri yaxınlığındaki Ağbulaq kəndində Əsəd bəyin oğul övladı dünyaya gəlir. Ata oğluna atası Əbdürrəhim bəyin adını qoyur. Valideyinləri Ağbulağa uşağın şərəfinə bulaq çəkdirirlər. Onun adı “Bəy bulağı” idi.

Əbdürrəhim bəy üç yaşına çatanda Əsəd bəy dünyasını dəyişir: Ağsaqqallar belə qərara gəlirlər ki, kiçik Əbdürrəhimi əmisi – Şuşa məhkəməsində vəkil işləyən Əbdülkərimin himayəsinə versinlər. Əbdülkərim bəyin övladı yox idi. O uşağı hikmayəsinə götürür. Lakin Əbdülkərim bəyin xanımı körpə Əbdürəhimi çox incidir. Bu səbəbdən də əmisi rəhmətə gedən kimi, anasının anına qaçır. Əbdürrəhim bəy öz xatirələrində bu barədə ətraflı yazıb.

Anası Hüsnu Cahan xanım Qarabağın nüfuslu və zəngin zadəganlarından olan, eyni zamanda, ata tərəfdən yaxın qohumu, Həsənalı bəy Sadıqbəyova ərə getmişdi. Atalığı Əbdürrəhim bəyi övladlarından ayırmır və ona qayğı göstərir. Ailədə 5 oğul böyüyür: Əbdürrəhim bəy, Abbas bəy, Salah bəy, Zeynalabdin bəy və Həmid bəy, bir bacıları Nabat uşaq ikən çayda boğulmuşdu.

Müsahibim Əbdürrəhim bəy Haqverdiyevin qardaşı Həmid bəyin nəvəsi Tükəzban xanımdır.

Tükəzban xanım, “Bəy bulağı” haqqda nə kimi məlumatınız var?

– Yaşlı nəsillərdən eşitdiyimizə əsaslanaraq deyə bilərəm ki, Ağbulaq kəndi Haqverdiyevlər nəslinə məxsus idi. Atam hər yay Şuşaya, Ağdama gedəndə bacım Rizvanə xanımı da özüylə “ Bəy bulağı” – na aparardı. Qarabağ ermənilər tərəfindən işğal olununana qədər müəllimlər orta məktəb şagirdlərini “ Bəy bulağı”-na aparar onlara Əbdürrəhim bəy haqda söhbət açardılar.

– Əbürrəhim bəyin  doğulduğu və böyüdüyü ailələr eyni zamanda ziyalı ailəsi kimi tanınırdı.

– Bəli, ata tərəfdən də ziyalı idilər. Məsələn, iqtisadçı ekspert Oqtay Haqverdiyev həmin nəsildən idi. Ana tərəfdən dayısı şair Məmo bəy Məmai ( Məmai təxəllüsüdür) Mamayev)

Xurşidbanu Natəvanın başçılıq etdiyi “Məclisi-üns” şairlər birliyinin üzvü idi. Məmo bəy Məmai gözəl xəttah idi. Onun 1874- cü ildə Şuşa şəhərində tərab etdiyi cung Əlyazmalar İnsitutunda saxlanılır.

Məmo bəyin oğlu Hüseyin bəy Mamoyevə Şuşa real məktəbini, İrəvan gimnaziyasını bitirmiş Moskvada ali təhsil almışdır. Kənd təsərrüfat elmlər namizədi elmi adına laiq görülmüşdü. Qardaşı Zeynalabdin bəy Rusiya diviziyasında zabit olub. Onun oğlanları tanınmış və məhşur alim Saleh bəy Qarabağlı Azərbaycanda yeganə şəxs idi ki, yazmış olduğu “Dünyanın taleyi” kitabına Vatikan papası rəy vermiş və ön söz yazmışdır (kitab 1995-ci ildə çap olunub). Digər oğlu Teymur Hacıyev uzun illər Neft Akademiyasında müəllim işləmiş və Qarabağın azadlığı uğrunda gedən müharibədə ön sıralarda olmuşdur.

Ailədə 3-cü oğul olan Salah bəy Şuşa Real məktəbində bitirmişdi. Salah bəy Sadıqbəyov teatr pərəstişkarı idi. Həvəskar aktyor kimi arabir qardaşı Əbdürrəhim bəy Haqverdiyevlə bir çox tamaşalarda çıxış etmişdi. O, qardaşı Abbas bəylə Birinci Dünya müharibəsində iştirak etmişdi. Abbas bəy igidliyinə görə çarın mükafatına layiq görülür.

Müsahibimiz Əbdürrəhim bəyin ailə qurmasından da danışır.

– Hüsnü Cahan xanım qardaşı Məmo bəyin qızı Tükəzban xanımı oğlu Əbdürrəhimə alır. Bu izdivaçdan onların övladları olmur. Atam əmisinə hörmət əlaməti olaraq qardaşıma Əbdürrəhim mənə isə Tükəzban adın vermişdir.

Tükəzban xanım, şəcərənizlə bağlı məlumatlısınız…

– Ümumimiyyətlə, düşünürəm ki, hər kəs öz soykökünü bilməli, yeddi arxa dönəmini tanımalıdır. Arxiv sənədləri və ağsaqqların sözünə görə mən səkkizinci nəsil hesab olunur və dördüncü Tükəzban xanımam. Ulu babamız Məhəmmədsadıq bəyin zadəganlığını, bəy olmasını Fətəli şah öz möhürü ilə təsdiqləyib. Bütün bu sənədlər arxivdədir. O, İbrahim xanın oğlu Əhməd xanın mühafizəçisi olub. Bütün bu məlumatlara görə biz Ənvər Çingizoğluna minnətdarıq. Allah ona rəhmət eləsin.

-Hər birimiz üçün Əbdürrəhim bəy Haqverdiyev hörmətlə andığımız ziyalılarımızdandır. Ədibin ailə üzvü kimi sizin ona münasibətiniz maraqlıdır.

-Ailəmiz də xalqımız kimi Əbdürrəhim bəyi sevir, onunla qürur duyuruq. Qeyd etdiyim kimi onun xanımının adın daşıyıram. Biz Əbdürrəhim bəylə bağlı materialları izləyirik. Ürək ağrısı ilə deməliyəm ki, çoxlu şəkil və sənədlər Ağdamın Muğanlı kəndində qalıb və işğal dövründə məhv olub.

-Bu gün  böyük ədibin həyat və yaradıcılığına maraq böyükdür..

-Əbdürrəhim bəyin bütün yaradıcılığı Məmməd Arif, Abbas Zamanov, Əziz Şərif, Kamran Məmmədov və başqaları tərəfindən geniş araşdırılıb.

Mir Cəlal və Təhsin Mütəllimovun bu sahədə zəhməti daha çoxdur. Professor Vilayət Quliyev Əbdürrəhim bəyin diplomatik fəaliyyətində araşdıraraq mətbuatda yaymışdır.

Bacım Rizvanə xanımın BDU-də müəllimi və Əbdrrəhim bəyin, “Millər dostları” əsəri üzrə diplom işi rəhbəri Mir Cəlal Paşayev ona Əbdürrəhim bəylə bağlı öhbətlər edərmiş Bu haqda Rizvanə Sadıqbəyova 08-14 may 2008-ci il tarixində “ Azərbaycan müəllimi “ məqaləsində geniş yazmışdır.

-Yəqin ki, hər zaman Əbdürrəhim bəyi anırsınız.

-Bəli, yeni doğulan uşaqlara baba, nənələrimiizn adını qoyur, yaddaşlarda yaşamasına çalışırıq. Hər il 17 may tarixində Fəxri xiyabana gedib babamızı yad edirik. Mən fürsətdən istifadə edib bu günlərdə Heydər Əliyev Fonduna şəxsən çox sevdiyimiz Mehriban xanıma, ulu babamız Mamay bəy Mamayev tərəfindən salınan Mamayı məhəlləsində tikdirdiyi “ Mamay “ məsçidi və çəkdirdikləri “ Mamay bulağı”ını yenidən təmir etdirib xalqın istifadəsinə verdiyi üçün təşəkkür edirik.

Əminə Yusif qızı

Əməkdar jurnalist

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK