Əcəbşerdə kəndlərdə su su bəhranı yaşanır

by Samir Asadli

Şərqi azərbaycan əyalətinin Əcəbşer şəhərinin 7 kəndində içməli su yoxdur.

Bu barədə əyalətin Su və Kanalizasiya Şirkətinin başçısı Məhəmməd Xani məlumat verib.

O, problemin həlli üçün vəsait çatışmazlığı olduğunu və bunun həll olunduğu tədirdə su çatışmazlığının aradan qaldırılacağını deyib.

Yerli sakinlər içməli suyu başqa bölgələrdən su tankerləri vasitəsilə gətirdiklərini yazıblar.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda Şərqi Azərbaycan əyalətində 300 kənd su çatışmazlığından əziyyət çəkir.

Ekoloqlar və müstəqil mütəxəssislər hazırda Şərqi Azərbaycanda 700 kənddə su qıtlığı yaşandığını, 360 kəndin isə bu səbəbdən tamamilə boşaldığını bildirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK